“Apo” səfərbərlik elan etdi

25-09-2014, 10:49   
PKK terror təşkilatının Türkiyənin İmralı həbsxanasında olan lideri Abdullah Öcalan kürdlərə müraciət edib.
Publika.az-ın İŞİD terror qruplaşmasına yaxın saytlardan birinə istinadən verdiyi məlumata görə, PKK lideri yalnız Rojava xalqı deyil, bütün kürd xalqının təhlükədə olduğunu bildirib.
“Bütün Kürd xalqını İŞD terror qruplaşmasına qarşı müqavimət göstərməyə çağırıram”, - Öcalan deyib. Bu, PKK liderinin kürdlərə etdiyi ikinci çağırışın olduğu bildirilir.
Qeyd edək ki, İŞİD qruplaşması son günlər kürdlərin sıxlıq təşkil etdiyi Suriyanın Rojava bölgəsinə hücumlarını intensivləşdirib və xeyli sayda kürd kəndini ələ keçirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.