"40 ölkə koalisiyaya qatıldı və burdan bütün dünyaya səslənirəm: Bu məsələdə bizə dəstək verin".
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama BMT-nin Baş Məclisinin 69-cu sessiyasında çıxışı zamanı deyib.
Obama artıq bu cür radikal ideologiyaya sahib qruplardan imtina etməyin vaxtı gəldiyini, İŞİD, Boko Haram kimi təşkilatların məhv edilməli olduğunu bildirib.
Obama İŞİD-i məhv etmək üçün beynəlxalq koalisiyaya liderlik etməyə davam edəcəkləri barədə bütün dünyaya söz verərək 4 maddəlik İŞİD planını açıqlayıb:
1. "İŞİD-in gücü azaldılmalı və daha sonra məhv edilməlidir.
Bu tipli qrupların başa düşəcəyi yol güc yoludur və burada Amerika tək deyil. Hal-hazırda 40-dan çox ölkə İŞİD-lə mübarizədə iştirak edir. Bu mübarizədə iştirak etməyənlər irəlidəki günlərdə özlərini tək hiss edəcəklər.
2. Xüsusilə müsəlman cəmiyyətlər Əl-Qaidə və İŞİD kimi təşkilatların ideologiyasını rədd etməlidirlər.
İctimai media üzərindən aparılan təbliğat nəticəsində gənclər İŞİD, Əl-Qaidə və ya Boko Haram kimi təşkilatların fikirlərini rədd etməyə davam etsələr tamamilə yox olacaq.
3. Terrorçuların ortaya çıxmasına şərait yaradan məzhəb qarşıdurmaları rədd edilməlidir.
Bu heç kimin qazanmadığı və qazananın olmadığı bir məsələdir. Yaxın Şərq illərdir məzhəb qarşıdurmasına görə əziyyət çəkir. Ancaq bunu geri çevirə bilərik. Hal-hazırda Bağdadda nəzarət edici bir hökumət var və savaşı qızışdırmağa çalışan qrupları rədd edir. Bölgədə açıq bir şəkildə dialoqun aparılması lazımdır.
4. Ərəb və müsəlman dünyasındakı gənclər cəhaləti deyil təhsili örnək almalıdır".