ABŞ və Ərəb ölkələrindən İŞİD-ə yeni hücum

25-09-2014, 12:35   
ABŞ və Ərəb ölkələrindən İŞİD-ə yeni hücumHava əməliyyatında BƏƏ, Səudiyyə Ərəbistanı və ABŞ-yə aid təyyarələr iştrak edib
İŞİD qruplaşmasına qarşı yaradılan beynəlxalq koalisiyanın təyyarələri Suriyada daha öncə terrorçuların əlində olan bir neçə neft müəssisələrin vurub.

ANS PRESS-in məlumatına görə, ABŞ mərkəzi komandanlığının (CENTCOM) xəbərində deyilir ki, İŞİD qüvvələrinin mövqelərinə qarşı yeni hava zərbələrinin keçirilməsində Səudiyyə Ərəbistanı və BƏƏ qüvvələri ABŞ-yə dəstək verib:

“Bu gün ABŞ və Səudiyyə Ərəbistanı eləcədə BƏƏ-də daxil olmaqla müttəfiq dövlətlər Suriyada İŞİD terrorçularının mövqelərinə zərbələr endirib” deyə komandanlığın Twitter səhifəsində yerləşdirilən xəbərdə bildirilir.

Məlumata görə koalisiya qüvvələri daha əvvəl İŞİD yaraqlılarının əlində olan bir sıra neft müəssisəsinə zərbələr endirib. Reuter agentliyindən verilən xəbərə görə bu müəssisələrdən alına biləcək neftin gündəlik gəliri 2 milyon dollar təşkil edirdi.

Qeyd edək ki, əməliyyatlarda Səudiyyə Ərəbistanı, BƏƏ və ABŞ-nin iştrak edən təyyarələrinin sayı haqqında məlumat veriliməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.