İŞİD koalisiyasında daha iki ölkə

25-09-2014, 13:25   
Yunanıstan və Niderland İŞİD-ə qarşı koalissiyaya qoşulur
Yunanıstan ekstremist qruplaşma olan İŞİD-ə qarşı beynəlxalq alyansda iştrak edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə baş nazirin müavini və Yunanıstan Xarici İşlər Naziri Evanqelos Venizelosun müraciətində deyilir.
“Yunanıstan İŞİD-ə qarşı beynəlxalq alyansı alqışlayır. Ölkə koalisiyada siyasi səviyyədə, humanitar yardımın çatdırılması, eləcə də hərbi sahədə İraq Kürdüstanının silahlandırılmasında iştrak edəcək”- deyə ölkənin diplomatik ofisinin sənədində qeyd edilir.
Niderland hakimiyyəti isə İraqda İŞİD-ə qarşı NATO əməliyyatlarına 6 ədəd F-a6 qırıcıları göndərir. Bu barədə ölkə hakimiyyətinin rəsmi müraciətində qeyd olunur.
Böyük Britaniyanın Baş naziri Devid Kemeron da Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı bəyan edib ki, o, Böyük Britaniyanın İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulmasına görə parlamentin dəstəyini almaq üçün bu cümə günü parlament iclası çağırıb.
Devid Kemeron vurğulayıb ki, məqsəd Böyük Britaniyanın yalnız aviazərbələrdə iştirakıdır, quruda əməliyyatlardan isə söhbət gedə bilməz.
Parlamentin dəstəyindən sonra Böyük Britaniya yaxın günlərdə İŞİD-ə qarşı əməliyyatlara qoşula biləcək.
Bu arada İŞİD qruplaşmasının meydana çıxması ilə bağlı müxtəlif dövlətlərin siyasiləri bir-birinə zidd fikirlər səsləndirməkdədirlər. Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond bəyan edib ki, "İŞİD birbaşa Suriya prezidenti Bəşər Əsədin məhsuludur".İŞİD koalisiyasında daha iki ölkə
BMT-nin mənzil-qərargahında Suriya Milli Koalisiyasının rəhbərliyi ilə görüşən nazir jurnalistlərə müsahibəsində bildirib ki, Bəşər Əsəd İŞİD-ə qarşı mübarizədə Qərbin müttəfiqi ola bilməz.
"O, suriyalıları birləşdirməyə, İŞİD-i məğlub etməyə və genişmiqyaslı beynəlxalq dəstəyi qazanmağa qadir deyil. O, İŞİD-in yaranmasına görə məsuliyyət daşıyır. Əsəd İŞİD-in həll yolu deyil, səbəbidir". - Filip Hemmond belə deyib.

İran prezidenti Ruhaninin fikrincə isə "İŞİD ABŞ-ın İraqı işğalının nəticəsidir"

İran prezidenti bu bəyanatı BMT-nin mənzil-qərargahında verib.

"İraq və Suriyada qeyri-sabitlik 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının İraqı işğal etməsinin birbaşa nəticəsidir. "
İran prezidenti daha sonra bildirib ki, 2003-cü ildə İraqa hücum edilənə qədər İŞİD və bunun kimi digər qruplaşmalar mövcud olmayıb və böyük ehtimalla, bu hücum və işğal olmasaydı, həmin qruplaşmalar da yaranmazdı.
Həsən Ruhani bu bəyanatı Nyu-Yorkda ABŞ prezidenti Barak Obamanın BMT-nin Baş Assambleyasında çıxışından bir neçə saat sonra jurnalistlərə müsahibəsində səsləndirib.
Ruhani vurğulayıb ki, vəziyyətin siyasi həll yolunda İraq və Suriya vətəndaşları da iştirak etməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.