Yatsenyuk: "Vaxt gələcək, Rusiya Ukraynadan üzr istəyəcək"

25-09-2014, 13:45   
Ukraynanın Baş naziri Rusiyaya qarşı sanksiyaların ləğv edilməməsinə çağırdı
Ukraynanın Baş naziri Arseni Yatsenyuk BMT-nin Baş Assambleyasında çıxışı zamanı Kiyev bütün Ukrayna ərazisində nəzarəti yenidən ələ alanadək Rusiyaya qarşı sanksiyaların ləğv edilməməsinə çağırıb.

"Biz öz müttəfiqlərimizdən xahiş edirik ki, Ukraynanın şərqindən tutmuş, Krıma kimi bütün ərazilərimizə nəzarəti bərpa edənə kimi sanksiyaları ləğv etməsinlər. Mən inanıram ki, Ukrayna ölkənin şərqinə və Krıma nəzarəti bərpa edəcək və elə bir vaxt gələcək ki, Rusiya Ukraynadan üzr istəyəcək" - Arseni Yatsenyuk belə deyib.

Lakin ukraynalı nazir vurğulayıb ki, «nə qədər ki, Putin hakimiyyətdədir, Ukrayna üçün Krım üzərində nəzarəti qaytarmaq çox çətin olacaq». Yatsenyukun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin öz qarşısına Sovetlər Birliyini bərpa etmək məqsədi qoyub və bu ideyadan heç də asanlıqla vaz keçməyəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.