Qarabağın erməni icmasının təmsilçiləri Yevlaxa gəlir? - Vasitəsiz dialoq üzərində iş gedir

1-08-2023, 18:52   



Hazırda Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağın müəyən hissəsində məskunlaşan erməni etnik azlığının təmsilçiləri arasında görüşün təşkili üzərində iş aparılır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Caliber” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, görüşün təşəbbüskarı heç bir üçüncü ölkə deyil. Xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan eksklüziv olaraq mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur.

Erməni mətbuatına sızan bəzi məlumatlara görə, Xankəndindəki bəzi ermənilər bu görüşə mane olmağa çalışırlar.

“Caliber”-in materialında qeyd olunur ki, bu, son dərəcə destruktiv mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağın məlum hissəsində yaşayan erməni azlığı ilə Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.