Sverdlovsk vilayəti Arbitraj məhkəməsi Yekaterinburq şəhərində “Azərbaycan evi” mehmanxana-əyləncə mərkəzinin tikintisinə qadağa qoyub.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə Almaz Şıxlinskayanın Osnovinski parkında tikmək istədiyi biznes kompleks restoran, fitnes mərkəzi, ikimərtəbəli avtodayancaq və mehmanxanadan ibarət olmalı idi.
Məhkəmə prosesi zamanı aydın olub ki, ərazi 2004-cü ildə Azərbaycanını Yekaterinburq konsulluğunun inzibati binasının tikintisi üçün satın alınmışdı. Lakin sonradan konsulluq başqa ərazidə tikildiyindən boş qalan torpaq sahəsi şəhər meriyası tərəfindən 2010-cu ildə iş adamı Almaz Şıxlinskayaya verilmişdi.
Lakin Osnovinski parkında “Azərbaycan evi”nin tikintisinə etiraz edən yerli sakinlərin müraciətindən sonra başlanan məhkəmə prosesi tikinti üçün verilən icazəni qeyri-qanuni sayıb. Məhkəmə Almaz Şıxlinskayaya yalnız parkın yaxınlığında icarəyə götürdüyü ərazidə tikinti işləri aparmağa icazə verib. Xatırladaq ki, Almaz Şıxlinskaya Yekaterinburq azərbaycanlıları icmasının rəhbəri Şahin Şıxlinskinin həyat yoldaşıdır.