Moskva ətrafında 4 erməni həbs olunub. Onlar Kaluqa vilayətində bankı silahlı basqınla qarət edərək 18 milyon rublu oğurlamaqda təqsirli bilinirlər. “Media forum” saytı xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi sentyabrın 25-də belə açıqlama yayıb.
Hüquq mühafizə orqanlarının açıqlamasına görə, silahlı qarət bu ilin avqustunda törədilib. Adları çəkilməyən ermənilərin 36-44 yaş arasında şəxslər olduğu bildirilir. Axtarış zamanı onların üstündən travmatik silah tapılıb.
Cinayət işi quldurluq maddəsi ilə aparılır.