İŞİD düşərgəsindən reportaj: “...Hər kəs öldürüləcək”

25-09-2014, 17:15   
İŞİD düşərgəsindən reportaj: “...Hər kəs öldürüləcək”İnterpress.az xəbər verir ki, jurnalist yazılarına görə İŞİD-in diqqətini çəkib. "Yazılarına görə səninlə maraqlandıq. Ancaq səhv yolda olduğundan yanlış şeylər yazırsan. Amma bəlkə də həqiqətləri görməyin mümkündür” deyə jurnalistə müraciət edən İŞİD onu Türkiyə sərhədindən gözübağlı şəkildə düşərgəyə aparıb.

Ahmet Ay İŞİD üzvlərinə "Allah yolunda insanları öldürmək, qadınlarını qənimət almaq necə ola bilər?” deyə sual verib. İŞİD-in Türkiyədən olan komandiri jurnalistin suallarını cavablandırıb. İŞİD komandiri "Allah yer üzündə xilafət qurmağı əmr edib, bunun qarşısını kim almaq istəsə öldürüləcək" deyib.

Allah xatirinə, dərdiniz nədir? Türkmənləri, kürdləri, yezidiləri, sünniləri, ərəbləri, amerikalıları, ingilisləri niyə öldürürsünüz? Nə etməyə çalışırsınız?

-Biz Allah üçün və Allah yolunda döyüşürük, şəhid olana qədər döyüşəciyik.

Qadınlar qənimətdirmi? Allah üçün günahsız insanları öldürmək, qadınları qənimət saymaq necə mümkün olur?

-İslamda bu belədir!

İslam nə buyurur?

-Allah yer üzündə xilafət dövləti yaratmağı əmr etdi və bunun qarşısını almaq istəyən hər kəs öldürüləcək.

Allah yolunda döyüşürsünüzsə nə üçün müsəlmanlar sizdən qorxub qaçır?

-Əsl müsəlmanlar, doğru yolda olan müsəlmanlar bizdən qorxmazlar. Müsəlman olan, imanı olan şəxslər bizimlə birlikdə olar. Çünki Allah bizimlədir. Kim cənnəti qazanmaq istəyirsə bizimlə birlikdə olmalıdır.

Türkiyəni necə görürsünüz?

-Türkiyə bizdən çəkinir, qorxur. Girovlar olmasaydi indi kürd peşmərgələrlə birləşib bizə çoxdan hücum edərdilər.

Buna sübutunuz varmı?

-Bu belədir!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.