Heç şübhəsiz ki, sürətlə inkişaf edən dünya ilə ayaqlaşmada və müasir texnologiyaların həyatımıza yol tapmasında rabitə sektoru önəmli rol oynayır. Doğrudur, Azərbaycanda bu sahə kortəbii yolla həyatımıza soxulsa da, əslində, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin peşəkar işləyəcəyi təqdirdə daha asan və daha keyfiyyətli rabitə və yüksək texnologiyalara qovuşmağımız mümkün olacaq.
Əfsusluqla qeyd etməliyik ki, uzun illər bu sahəyə rəhbərlik edən şəxsər dövlətin mənafeyini deyil, öz maraqlarını qoruduqlarından hələlik yüksək texnologiyaların yüksək keyfiyyəri barədə düşünmək şansımız olmayıb…
AparatrehberiV.Z“Elchi.az”-ın əldə etdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın aparat rəhbəri, faktiki olaraq nazirlikdə nazir Əli Abbasovdan sonra əsas söz sahibinə çevrilmiş Vidadi Zeynalov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra rayonların telekommunikasiya qovşaqlarının rəsilərinə qanunsuz tapşırıqlar verib. İddiaya görə, o, Yevlax, Mingəçevir, Tərtər, Goranboy, Gəncə və Bərdə telekommunikasiya qovşaqlarının rəsilərinə Goranboy rayonunda “Gülüstan” adlı istirahət mərkəzi tikdirib. Hazırda həmin istirahət mərkəzinə Vidadi Zeynalovun yaxın qohumu və həmkəndlisi, Yevlaxın Kövər kəndinin icra nümayəndəsi Oqtay Məmmədov rəhbərlik edir.
Vidadi Zeynalovun bunabənzər daha bir qanunsuz fəaliyyəti isə İsmayıllı rayonun adı ilə bağlıdır. Bizə verilən məlumata görə, adıçəkilən rayonda tikdirilən “Çaynik” adlı istirahət mərkəzini V. Zeynalov üçün İsmayıllı, Qəbələ, Qobustan, Şamaxı və Ağsu rayonlarının telekomunikasiya qovşaqlarının rəhbərləri bircə ərsəyə gətirib.
Sonda onu da xatırladaq ki, yuxarıda sadalananlar Vidadi zeynalovun vəzifə başında yol verdiyi ilk qanunsuz hərəkətlər deyil. Onun Bakı Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılması zamanı da bu kimi halların önəmli rolu olub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Elchi.az