QARABAĞI HANSI ERMƏNİLƏR TƏRK EDİR? - "Onları 3 qrupa bölmək olar..."

22-08-2023, 22:55   



"Qarabağı 3 qrup erməni tərk edə bilər". 

"Azpolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, birinci qrupa Ermənistan ordusunun həbrçiləri daxildir: "Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağ ərazində qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər".

Təhlilçi qeyd edir ki, ikinci qrupa Rusiya pasportu olan Qarabağ ərazində qalan  erməniləri aiddir: "Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər". 

E. Şahinoğlunun sözlərinə görə, üçüncü qrupa Azərbaycan vətəndaşı olan Qarabağın erməni sakinlərinin özləri aiddir: "Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Bu ermənilər onu da anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indidən bölgəni tərk etməyə başlayıblar. Axtarışda olan caniləri çıxmaq şərtilə bu 3 qrupa Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır".

Onun sözlərinə görə, köç başlayıb, ancaq bu hələ ki, kütləvi şəkil almayıb: "Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin".

"Azpolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.