Boko Haram terror təşkilatının 268 üzvü öz istəkləri ilə təslim olub.
Axar.az xəbər verir ki, Borno ştatında 135, Yobe ştatında və Adamava əyalətlərində isə 133 terrorçunun polisə təslim olduğu açıqlanıb.
Ordu rəsmiləri terrorçuların ifadə verdiklərini deyiblər.
Xatırladaq ki, ötən gün Nigeriya silahlı qüvvələri bu qruplaşmanın başçısı Əbubəkr Şekainin öldürüldüyünü açıqlamışdı. Boko Haram üzvlərinin bu addımı atmasının əsas səbəbi kimi liderlərinin öldürülməsi göstərilir.