Avropa Birliyi qazı İrandan almağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu informasiyanı Röyters agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə bunun üçün Tehranın ilk növbədə sanksiyaların götürülməsini və qaz kəmərləri üçün infrastrakturanın bərpa edilməsini istəyib.
Bu səbəbdən yaxın müddətdə İrandan qaz idxal edilməsi imkansızdır. “İran qazı Avropaya infrastrukturun bərpa ediləcəyi halda 2020-ci ildə gəlib çata bilər”, - deyə agentlik qeyd edib.