Rusiyanın göndərdiyi yük maşınının keçidi niyə gecikdirilir? - “Separatçılar çalışırlar ki...”

10-09-2023, 21:27   


“Rusiyanın yük maşını Ağdam-Xankəndi yolu ilə keçəcək. Buna şübhəm yoxdur, sadəcə erməni separatçıları yükün keçidini keçikdirməklə vaxt qazanmağa – Laçın yolu ilə bağlı Qərbin və beynəlxalq təşkilatların Azərbaycana təzyiq imkanlarını müəyyənləşdirməyə çalışırlar”. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşınının keçidinin gecikdirilməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Erməni separatçıları Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklərini anlayırlar.

“Digər tərəfdən “yol mövzusunda” təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-daki ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək ki, separatçılar adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdırlar”, – deyə politoloq qeyd edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.