Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın keçmiş cangüdəni Qoça Baxiya Ukraynada separatçılarla döyüşmək üçün yerli millətçilərdən ibarət könüllü dəstələr yaradır. Könüllü dəstələr əsasən Tiflisdə yaradılır. Dəstələrə əsasən radikal qruplara yaxın olan millətçi və anti-rus meyilli gənclər daxil edilir. Könüllü dəstələrin yaradılması “Azad zona” qeyri-hökumət təşkilatı və keçmiş prezident Mixail Saakaşvilinin rəhbərli olduğu “Vahid Milli Hərəkat” Partiyası maliyyələşdirir.