Trofimçuk: “Terror qruplarının hədəfi Qafqazdır”

26-09-2014, 13:08   
Trofimçuk: “Terror qruplarının hədəfi Qafqazdır”“Yaxın Şərqdə yaradılacaq yeni terrorçu qrupların üç fəaliyyət istiqaməti olacaq”.

Axar.az Kursiv.kz-yə istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib. O, terror qruplarının əsas istiqamətlərinin Yaxın Şərq, Şimali Qafqaz və Mərkəzi Asiya olacağını bildirib:

“Qərb KİV-ləri “Xorasan” terror təşkilatının İŞİD-dən daha təhlükəli olması ilə bağlı məlumatlar yayırlar. Bu, qəsdən Mərkəzi Asiya ölkələrini informasiya ilə təhlükəyə hazır etməkdən ötrü edilir. Əslində isə heç bir hücumun olmadığı halda qorxu çoxdan yayılıb. Məhz bu cür informasiya tələsi İŞİD adı ilə bir zamanlar Şimali Qafqaz üçün də deyilmişdi. Hətta vəziyyət o həddə çatmışdı ki, Kadırov buna reaksiya vermək məcburiyyətində qalmışdı.

Hazırkı mərhələdə Xorasan sadəcə proyektdir. O artıq informasiya sferasında heç də İŞİD-dən pis vuruşmur. Bu ölkələrdə terrorçuların olması beynəlxalq terrorun yeni formasıdır. Əvvəllər bu tip kiçik qrupların məhv edilməsi elə də çətin deyildi. Amma indi Xorasan və İŞİD kimi ruhların yox edilməsi daha çətin olacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.