Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Taleh Xasməmmədovun müəmmalı həbsi və Azərbaycan imicinə vurulan zərbə

18-09-2023, 20:39   


Tanınmış hüquq müdafiəçisi Taleh Xasməmmədov dünən, sentyabrın 18-də Göyçayda polis tərəfindən saxlanılıb və polis şöbəsinə aparılıb. Etibarlı mənbələrdən aldığımız məlumata görə Taleh Xasməmmədov xuliqanlıq maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
T.Xasməmmədovun həyat yoldaşı, jurnalist Fatimə mövsüm bildirib ki, 17 sentyabrda Taleh öz avtomobilini yaxını Elburus adlı şəxsə verərək özü 5 nömrəli məktəbdən evə gələrkən iki nəfər onun qarşısını kəsib: “İki nəfər qara KİA markalı maşından düşərək Talehin üzərinə gəlib və ona hücum ediblər, sonra da özünün İsmayıllı sakini olduğunu bildirən şəxs 102 xidmətinə zəng edərək naməlum şəxs tərəfindən bıçaqlandığını bildirib. Təbii ki, bu böhtandır. Hamı bilir ki, Taleh Xasməmmədov iki nəfəri döyüb xəsarət yetirəcək gücdə deyil. Öz murdarlıqlarının üstünü ört-basır etmək üçün Talehi şərləyib həbs etmək istəyirlər. Biz bu haqsızlığa susmalı deyilik”. Fatimə xanım həmçinin bildirib ki son vaxtlar T.Xasmammədov ona və ailəsinə olan təhdidlər, təhqirlərlə bağlı müxtəlif orqanlara müraciət edərək bu dəstənin cəzalanmasını tələb edib: “Biz Talehin günahsız olduğuna və baş vermiş hadisənin əvvəldən planlaşdırılmış ssenari olduğuna inanırıq. Həmin şəxslər Talehin həbs olunacağını açıq-aşkar bəyan edirdilər və öz planlarını şər-böhtanla həyata keçirdilər”.
Onu da bildirək ki, keçmiş vicdan məhbusu Taleh Xasməmmədov bundan əvvəl də şərlənərək həbs olunub. Hansısa məmur və ya onlara xidmət edən qrup Taleh Xasməmmədovun fəaliyyətindən narahat olaraq yenə də öz maraqları üçün onu həbs etdirmək istəyir. Həmin bu şəxslər başa düşmədilər ki, belə hərəkətləri ilə ölkə başçısına yaxşı görünmək əvəzinə, ona qarşı təxribat etdilər, Azərbaycanın imicinə zərbə vurdular, baxmayaraq ki, bunları şəxsi mənafelərindən başqa heç nə maraqlandırmır. Maraqlısı budur ki, onların bu hərəkətləri o vaxta təsadüf edir ki, Azərbaycan beynəlxalq müstəvidə öz haqq işini təsdiq etdirdiyi halda düşmənlərimiz bu kimi kənar motivli həbslərdən ölkəmizə qarşı istifadə edir. İş burasındadır ki, hüquq müdafiəçisi T.Xasməmmədovu və onunla bərabər bir çox Azərbaycan vətandaşını şərləyərək həbsə atanlar, məhkəmə proseslərində demirlər ki, sizi söz azadlığına, insan haqlarına görə, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinə qalxdığınız üçün və yaxud da ümumiyyətlə heç bir günahınız olmadığından sifarişli hakimlər vasitəsilə mühakimə edirik. Baxmayaraq ki, bütün dunyada belə şəxslərin dərhal azad olunmaları və qeyd-şərtsiz olaraq onların təqib olunmalarına xitam verilməsi praktikası mövcuddur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar