Avropa Parlamentinin deputatını Rusiyaya buraxmayıblar

26-09-2014, 13:38   
Avropa Parlamentinin deputatını Rusiyaya buraxmayıblarYaşılların lideri Moskvadan geri qaytarılıb

Yaşıllar partiyasından olan Avropanın tanınmış siyasətçi xanımı Rebeka Harmsın Rusiyaya girişinə icazə verilməyib. Moskva hava limanında üç saat gözlədikdən sonra izah olunub ki, o, Rusiyada “arzu olunmaz şəxs“ hesab olunur. Bu barədə Almaniya mətbuatı xəbər yayıb.

Avropa Parlamentindəki Yaşıllar Partiyası fraksiyasının lideri olan xanın Rebeka Moskvada keçirilən məhkəmə iclasında müşahidəçi kimi iştirak etmək istəyirmiş. Həmin məhkəmədə Ukraynalı pilotla bağlı dinləmələr olmalıydı. Ukraynalı pilot qəsdən adam öldürməkdə ittiham olunur.

Diplomatik pasporta malik olmasına baxmayaraq , Rebeka Harms Moskva hava limanından Almaniyaya geri dönməli olub.

Şübhəsiz ki, Rusiyanın bu davranışı cavabsız qalmayacaq. Avropa Parlamenti bu məsələ ilə bağlı Rusiyadan izahat tələb edəcək.

Elbəyi Həsənli, Sürix
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.