Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATI DAVAM EDİR - Düşmənə ağır zərbələr vurulub + VİDEOLAR

20-09-2023, 11:40   


Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib", - nazirlik qeyd edib.



Belə ki, gecə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti döyüş mövqeyi ehtiyat sursatla birlikdə zərərsizləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edirik:



Müdafiə Nazirliyinin komando heyətinin irəliləməsinin qarşısını alan 1-259 nömrəli düşmən postuna artilleriya zərbələrinə düzəlişlər edilməklə köməklik göstərilmiş və dislokasiya ərazisində çıxan 1 ədəd zirehli döyüş texnikası məhv edilib.

Həmin görüntüləri də təqdim edirik:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar