Qarabağda nə qədər əhali qalıb? Keçmiş separatçı ‘prezidentlər’ haradadırlar?

3-10-2023, 09:41   



Qarabağda hazırda 50-dən 1000-ə qədər erməni sakinin qalması ilə bağlı müxtəlif rəqəmlər səslənir.

Bu məlumat Birləşmiş Millətlər Təşkilatının misyasının bəyanatında yer alır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərliyi ilə bu qurumun missiyasının oktyabrın 1-də Qarabağa səfər etdiyi bildirilir.

Missiyaya BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA), onun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK), Uşaq Fondunun (UNICEF) və Dünya Səhiyyə Təşkilatının (DST) təmsilçiləri daxil olub.

Açıqlamada bildirilir ki, Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərinə gedib:

“Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib.”



“50-dən 1000-ə qədər...”

Bəyanatda vurğulandığına görə, missiya Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə edib:

“Qarabağda qalan ermənilərin sayına gəldikdə, həmsöhbətlər 50-dən 1000-ə qədər müxtəlif rəqəmlər səsləndiriblər. Missiya üzvləri yerli əhalinin evlərini qəfil tərk etməsi və bunun səbəb ola biləcəyi əzablardan təsirlənib”.

Açıqlamaya görə, missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olub:

“Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir.”

“Son bir neçə gün ərzində 100 min etnik erməninin keçdiyi...”

Müəlliflərə görə, inamın yaradılması lazımdır, bunun üçün vaxta və bütün tərəflərin səylərinə ehtiyac var:

“Missiya daha sonra Laçın yolu ilə son bir neçə gün ərzində 100,000 etnik erməninin keçdiyi nəzarət-buraxılış məntəqəsinə gedib. Burada missiya üzvləri Ermənistana doğru hərəkət edən heç bir mülki avtomobilə rast gəlməyib. Xankəndi şəhərində isə missiya onlarla sərnişini Ermənistana aparan avtobus görüb”.

Bu bəyanata, hələlik, Ermənistan rəsmilərinin, Qarabağdakı erməni əhalinin təmsilçilərinin və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Qarabağdan qaçqın düşən ermənilər Azərbaycanla həmsərhəd bölgələrə də yerləşmək istəmirlər
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:001:590:00






Keçmiş separatçı ‘prezidentlər’ haradadırlar?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun separatçılara istinadla yazır ki, Qarabağda faktiki olaraq erməni qalmayıb.

Bu da bildirilir ki, hazırda həlak olanların və itkin düşənlərin axtarışı davam etdirilir.

Separatçıların “informasiya qərargahı” kimi təqdim edilən qurum bildirir ki, keçmiş “Qarabağ prezidenti” Samvel Şahramanyan axtarış işləri bitənədək Qarabağda qalacaq:

“Artsax (Qarabağ-red) Respublikasının prezidenti Samvel Şahramanyan 19-20 sentyabrda keçirilən hərbi hərəkətlər nəticəsində və sentyabrın 25-də Əsgəran rayonundakı yanacaq anbarında baş vermiş partlayışda həlak olanların qalıqlarının və itkinlərin axtarışı başa çatanadək bir qrup məsul şəxslə Qarabağda qalacaq”.

Sözü gedən qurum bildirir ki, Xankəndidə və Qarabağın rayonlarında hələ də çıxıb gedə bilməyənlərin olması istisna edilmir.

Azərbaycanın keçirdiyi hərbi əməliyyata qədər Qarabağda nə qədər əhalinin olması məlum deyil.

Azatutyun yazır ki, Azərbaycanın Qarabağın bir sıra keçmiş separatçı liderlərinin həbs etməsindən sonra, keçmiş “prezidentlər” Arkadi Qukasyanın, Bako Saakyanın və Arayik Arutyunyanın, habelə Qarabağ parlamentinin “spikeri” kimi təqdim olunan David İşxanyanın harada olmaları məlum deyil.

Rəsmi mənbələr onların hələ də Qarabağda olması və ya oradan getməsi barədə məlumat vermir.

Rəsmi Bakı Qarabağın keçmiş və sonuncu separatçı liderlərinə qarşı ağır ittihamlar irəli sürüb.

Keçmiş “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan, keçmiş “xarici işlər naziri” kimi təqdim edilən David Babayan, “keçmiş müdafiə naziri” Levon Mnatsakanyan, habelə keçmiş “Qarabağ ordusunun komandan müavini” David Manukyanhəbs ediliblər.



Bundan əvvəl

Son günlər Qarabağdan Ermənistana köç baş verib. Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gəlib. Azərbaycan rəsmi qurumları bu rəqəmə, hələlik, münasibət bildirməyiblər.

Ermənistan baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

"Şəhid ailələri ilə bağlı bu qərar absurddur" - Məsələ 2028-ci iləcən niyə uzadıldı?
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:005:160:00






Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-da Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Yerevan isə Qarabağda artıq onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də isə tanınmayan qurumun rəhbərliyi ilin sonuna kimi fəaliyyətlərini tam dayandırcaqlarını açıqlayıblar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.