Leyla Yunusun dedikləri Arif Yunusa tam çatdırılmır

26-09-2014, 15:29   
Leyla Yunusun dedikləri Arif Yunusa tam çatdırılmırVəkil Xalid Bağırov sentyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunusa baş çəkib.

“Media forum” saytına danışan vəkil deyib ki, Arif Yunusun vəziyyəti stabildir: “Saxlanma şəraiti və səhhəti normaldır. Hər hansı şikayəti yoxdur. Yalnız qanunsuz olaraq tutulmasından şikayətçidir”.

Arif Yunus avqustun 5-də tutulub. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da həbsdədir. Leyla Yunus iyulun 30-da həbs edilib. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanılır. Son vaxtlar Leyla Yunus dəfələrlə müdafiəçilərinə bildirib ki, təcridxanada ona mənəvi-psixoloji və fiziki təzyiqlər edilir, ona işgəncə verilir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu xəbərləri təkzib edib.

Vəkil Xalid Bağırov “Media forum”a açıqlamasında xatırladıb ki, Arif Yunus xəstədir, onun ürəyində ciddi problemlər var: “Buna görə də Leyla Yunusun işgəncəyə məruz qaldığı haqda müdafiəçilərinə dediklərini Arif bəyə tam şəkildə çatdırmırıq. Çünki xəstəliyi ciddidir, belə xəbərlərə dərhal pis reaksiya verə bilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.