VARDANYAN: “İKİLİ AGENT” – Erməni milyarder istintaqa ifadəsində nələrə şahidlik edir?

4-10-2023, 17:51   



Azərbaycan Kremlin Qarabağdakı emissarı kimi tanınan Ruben Vardanyanı həbs edərək, Bakıya gətirəndən sonra onun çox qiymətli informasiya mənbəyi olduğu barədə mülahizələr irəli sürülməyə başladı. Həmin mülahizələr artıq özünü doğrultmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, “Caliber” Vardanyanın artıq Azərbaycanın istintaq orqanlarına ifadə verməyə başladığını yazıb. Bildirilir ki, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və o vaxt ölməkdə olan Artsax layihəsini dirçəltmək üçün Xankəndinə ezam olunmuş erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə azərbaycanlılara şahidlik edir: “Beləliklə, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib”. Xəbərdə qeyd olunur ki, Vardanyan Qərbin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələrinə gedib: “Beləliklə, dünya ictimaiyyəti Ruben Vardanyanın Karnegi Fondu ilə əməkdaşlığının kəskin təfərrüatlarından tezliklə xəbərdar olacaq. Tomas De Vaala xüsusi salamlar - britaniyalı mütəxəssis hazırlaşmalıdır, onu xoşagəlməz sürprizlər gözləyir, çünki hər şey bəlli olur. İstintaqın təfərrüatları açıqlananda (və sənədləşdiriləndə) qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək, daha kiçik balıqları demirik”.



Bununla yanaşı, Vardanyan həm də Rusiyanın Ukraynadakı sifarişlərini də yerinə yetirirmiş: “O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbass separatizminin dəstəklənməsində fəal iştirak edib”.

Yazıda USAİD-in rəhbəri Samanta Pauerin Ruben Vardanyanla çox yaxın təmaslarının təfərrüatlarının da artıq Azərbaycan tərəfinə məlum olduğu qeyd edilir: “Ümumiyyətlə, sadəcə inanılmaz mənzərə ortaya çıxır - Samanta Pauer timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Əsas sual budur ki, kim kimin üçün işləyib? İstisna etmək olmaz ki, Ruben Vardanyan erməni klassiklərinə uyğun olaraq ikili agent olub, bunun nəticəsində Rusiya hakimiyyətinin “görən gözləri” onu sadəcə olaraq sızdırıb”.

Bütün bunlardan belə aydın olur ki, Vardanyan regionda “ikili agent” rolunda çıxış edib və hazırda öz sifarişçilərini satmaqla məşğuldur. Onun Rusiyadakı havadarları isə onu xərcləmək qərarına gəliblər.

C.Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.