Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir prezidenti ilə bir masada oturmaqdan imtina edib.
Avropa.info-nun məlumatına görə, buna səbəb Misir prezidenti Əbdülfəttah Sisinin hakimiyyəti zorla ələ almasıdır.
Ərdoğan BMT-nin baş katibi Ban Ki Mun tərəfindən verilən ziyafətə qatılmaq üçün Türk evindən çıxıb. Bir çox dövlət başçılarının iştirak etdiyi ziyafətdən Ərdoğan tez qayıdıb.
Heç kim bunun səbəbini bilməyib və müxtəlif tərəflərə yozub. Sonradan məsələnin pərdəarxası məlum olub.
Ərdoğan ziyafətə Sisinin də dəvət olunduğunu görüb. Çevrilişə və hakimiyyətə zorla yiyələnənlərə qarşı fikrini qəti olaraq söyləyən Ərdoğan ziyafətə qatılmaqdan imtina edib.