Polkovnik Xaçika Martirosyanın məhkəmə prosesi yekunlaşıb
Casusluqda ittiham olunan sabiq erməni polisinə 11 il iş kəsilib.
ANS PRESS-in məlumatına görə, casusluqda ittiham olunan sabiq polis işçisi, polkovnik Xaçika Martirosyanın məhkəmə prosesi yekunlaşıb.
Məhkəmə prosesi gizli qapılar arxasında keçirilib. Xaçik Martirosyan 11 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xaçik Martirosyan Azərbaycanın xeyrinə casusluq cəhdində şübhəli bilinərək ittiham olunurdu. Martirosyan 2013-cü ilin avqust ayında Gürcüstandakı Azərbaycan səfirliyinə müraciət edərək öz təşəbbüsü ilə maliyyə dəstəyi almağa cəhd edib.
Ermənistan tərəfinin iddiasına görə, Martirosyan Azərbaycan xüsusi xidmət orqanlarının tapşırığına uyğun olaraq hərbi xarakterli informasiyalar göndərməyə və bunun üçün müəyyən addımlara təşəbbüs edib. Erməni cəsus əldə edilmiş informasiyanı Azərbaycan tərəfinə ötürmək fikrində olub. Martirosyan dövlət xəyanətində və casusluqda şübhəli bilinərək haqqında cinayət işi qaldırılmışdı.