Rəsmi Moskva NATO-nun ölkədəki informasiya bürosunu qapamaq fikrinə düşüb. “Bu məcburi qəbul olunmuş qərardır. İndiki vəziyyətdə, NATO ilə ümumi dil tapmaq mümkün deyil”, - deyə Rusiya KİV-ləri rəsmi qərardan sitat gətirir. Daha öncə, Alyansa daxil olan ölkələrin Xarici İşlər nazirlikləri Rusiya ilə bütün vətəndaş və hərbi sektorlarda olan əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bu da Rusiya-NATO Şurasının işinin iflic olması ilə nəticələnib. Aprelin 8-dən etibarən Rusiyanın Alyansa daxil olan ölkələrdəki səfirlərinə NATO-nun Brüsseldəki qərargahına daxil olmaq qadağası qoyulub. Buna adekvat olaraq, Rusiya informasiya bürosunun fəaliyyətinin mənasız olduğunu bəyan edərək, onun bağlanması qərarını qəbul edib.