Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni qanun təyyarə biletlərinin qiymətinə təsir edəcəkmi?

19-10-2023, 20:48   


Azərbaycan parlamentinə "Aviasiya haqqında" yeni qanun layihəsi daxil olub. Yeni qanunun qəbuluna ehtiyac, əsasən, təhlükəsizliyin artırılması və hava daşımalarının tənzimlənməsi ilə izah edilir. Amma illərdir mülki aviasiya daşımalarında monopoliya və qiymətlərin yüksək olması ilə bağlı şikayətlər səslənir.

Oktyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qiymətlər müzakirə olunarkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bunları bildirib: "Qiymətə təsir göstərən ən vacib faktorlardan biri yanacaq məsələsidir. Biz artıq bu yanacağı tam dünya qiymətləri ilə alırıq. Burada AZAL (Azərbaycan Beynəlxalq Hava Yolları) baxımından heç bir güzəşt yoxdur. İkinci qiymətə təsir edən məsələ təyyarələrin alınması və onların saxlanması ilə bağlıdır".

O qeyd edib ki, bu il dövlət büdcəsindən AZAL-a vəsait daxil olmayıb və aviaşirkət özü xərclərini qarşılamalıdır.

Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? AZAL-ın bitməyən monopoliyası
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 

No media source currently available


0:000:09:520:00

AZAL-dan qiymətlər haqqında...

AZAL-dan bildirilib ki, aviaşirkətin bütün beynəlxalq reyslərində dinamik qiymətqoyma siyasəti tətbiq edilir: "Yəni, bu və ya digər istiqamət üzrə aviabiletin dəyəri uçuş və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişir".

Vurğulanıb ki, hər reysdə bir neçə tarif sinfi nəzərdə tutulur: "Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir".

"Əslində əsas heç qanun deyil…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, AZAL-ın inhisarçı mövqeyi məlumdur: "İnhisarçılıqla bağlı məsələ isə başqa – antiinhisar qanunvericiliklə tənzimlənir və burada başqa bir qanuna ehtiyac yoxdur. Əslində əsas heç qanun deyil, onun implementasiyasıdır. Çox təəssüf ki, bizdə qanunların yerinə yetirilməsi sahəsində problemlər yaranır".

N.Cəfərli
N.Cəfərli

İqtisadçının sözlərinə görə, Azərbaycanda aviadaşıyıcı şirkət açmaq çox çətindir deyə, bazarda yeganə oyunçu AZAL-dır: "Təyyarələrin baha olduğunu nəzərə alaraq Azərbaycanda özəl aviadaşıyıcı şirkət açmaq hələ ki mümkün deyil. Buna milyardlarla investisiya lazımdır. Elə bir investorların olacağını düşünmürəm. Amma xarici şirkətləri bazara buraxmaq mümkündür. Yavaş-yavaş da bu baş verir, bəzi şirkətlər bazara buraxılır, amma bu, yetərli deyil".

N.Cəfərlinin fikrincə, hava limanlarını icarəyə verilməsi çox yaxşı olar: "Azərbaycanda boş qalan hava limanları var və onlar büdcəyə yükdür. Lənkəran hava limanı ovaxtkı (2005-2008) məzənnə ilə 80 milyon dollardan yuxarı bir vəsaitə tikilmişdi və hələ də saxlanılmasına hər il 2-3 milyon vəsait xərclənir, amma...".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar