Saatlı Rayon Təhsil Şöbəsinin inspektorlarının qanunazidd əməlləri

27-09-2014, 12:30   
Saatlı Rayon Təhsil Şöbəsinin inspektorlarının qanunazidd əməlləriSaatlı rayonu sakini Akif Mehdiyev rayon təhsil töbəsində qanunsuzluqlar barədə mətbuata məktub ünvanlayıb:
Həmin məktubu heç bir şərh vermədən olduğu kimi ictimaiyyətin diqqətinə çatdırırıq.
“Bu günlərdə Saatlı rayonunda şəhid Əyyub Quliyev adına Genişkənd natamam orta məktəbində bədən tərbiyəsi dərsində bir şagirdin qolu sınıb. Məlum olub ki, məktəbin bədən tərbiyəsi müəllimi xəstə olduğundan onu rayon təhsil şöbəsinin Emin adlı inspektoru “əvəz edir”.
Bu xəbəri eşidən valideynlər haqlı olaraq narazılıqlarını bildiriblər və rayon təhsil şöbəsinin rəhbərliyinə belə bir bir sual ünvanlayıblar: Genişkənd kəndi Saatlı rayon mərkəzindən 40 kilometr kənarda yerləşir. Necə ola bilər ki, rayon təhsil şöbəsinin inspektoru hər gün 40 kilometr yolu gəlib həftədə 10 saat bədən tərbiyəsi dərsini keçir və yenidən rayona qayıdıb əsas vəzifəsi-inspektorluqla məşğul olur. Deyilənlərə görə, Emin müəllim Genişkənd kəndinin harada yerləşdiyini də bilmir. Ancaq həftədə 10 saat bu məktəbdə bədən tərbiyəsi dərsini “tədris edir”.
Biz bu barədə məktəbin direktorundan soruşsaq da, o, bizə heç nə demədi. Sonradan apardığımız araşdırma nəticəsində məlum oldu ki, rayon təhsil şöbəsinin digər inspektoru Genişkənd natamam orta məktəbinə nəzatər edən Zakir Əmişov direktoru bu saxtakarlığa məcbur edib. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Z.Əmişov yəqin ki, bu saxtakarlığı və korrupsiya əməllərini Emin müəllimin xatirinə yox, özünün də şəxsi maraqları naminə edib. Deyilənlərə görə keçirilməyən 10 saat bədən tərbiyəsi dərsinin 4 saatının pulu Emin müəllimə, qalanı isə Zakir Əmişova çatır.
Eşitmişik ki, təhsil şöbəsinin inspektorları məktəblərdə nizam-intizama, sənədləşmənin düzgün aparılmasına, qeyri-qanuni əməllərə yol verilməməsinə nəzarət edirlər. Saatlı rayonunda isə hər şey tərsinədir. Rayon təhsil şöbəsinin inspektorları məktəb direktorlarını saxtakarlığa və korrupsiyaya məcbur edirlər. Maraqlıdır, görəsən rayon təhsil şöbəsinin inspektorları Zakir Əmişov-Emin cütlüyünün daha hansı məktəblərdə belə saxtakarlıqları və korrupsiya əməlləri mövcuddur?
Sonra da deyirlər ki, kənd məktəblərində təhsilin keyfiyyəti çox aşağıdır. Bunun əsas günahkarlarının kim olması artıq özünü göstərir.
Akif Mehdiyev, Saatlı rayonu”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
pia.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.