Xatirənin qısa ətəyi aləmi bir-birinə qatdı- VİDEO

28-09-2014, 11:25   
Xatirənin qısa ətəyi aləmi bir-birinə qatdıMüğənninin geyimini ələ saldılar və bəyənmədilər
Müğənni Xatirə İslam sosial şəbəkə istifadəçilərinə etirazını bildirib.
ANS PRESS-in məlumatına görə, sevilən müğənni Xatirə İslam iştirak etdiyi son tədbirlərdən birində çəkilən qısa videoları və şəkilləri paylaşıb. Tədbirdə çıxışı zamanı müğənni muğam da ifa edib. Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən onun qısa ətəkdə muğam oxuması olub.
Sosial şəbəkə istifadəçiləri paylaşılan həmin məzmunların altında, “muğamla geyiminiz heç uyğun gəlmir”, “muğam ciddi geyimdə oxunmalıdır”, “bu ətəkdir, yoxsa köynək?” və d. bu kimi aqressiv rəylər yazıblar.
Müğənni isə bütün yazılanlara bu cür cavab verib:
“Mənim paltarımın qısalığı haqqında yazan insancıqlar, tək mənəmmi qısa ətək geyinən? Qısa geyinənlərə yaltaqlanıb deyirsiniz “aaa super”. Mən qısa geyinən kimi namus damarlarınız qıc olur. Əcəb edirəm.”
[media=https://www.youtube.com/watch?v=AyRlIuA0Prs]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.