Dünən Kiyev vaxtı ilə saat 19.00-dan (Bakı vaxtı ilə 21.00) başlayaraq Kerç boğazından keçməklə xeyli sayda Rusiya əsgərləri və hərbi texnikası Ukrayna ərazisinə daxil olub. anaxeber.info-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə xalq deputatı Aleksandr Briqineç öz Twitter hesabında bildirib. Briqineçin sözlərinə görə, bu xəbəri ukraynalı siyasi fəallar da təsdiq edib. Deputat bildirib ki, bir sutkadan sonra bu qoşunlar Krım və Xerson vilayətləri arasında olacaq.