Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qoca qartal” ləqəbli Rektor Yusif Yusubov GDU-da əməlli-başlı bazar açıb-Şikayət

8-11-2023, 09:18   



“Qoca qartal” ləqəbli Rektor Yusif Yusubov GDU-da əməlli-başlı bazar açıb-Şikayət

Gəncə Dövlət Universitetindən gələn şikayətlərin ardı-arası kəsilmir ki, kəsilmir. Nədən ki həmin Universitetin günü çoxdan qara gəlib. Hər gələn rektor bir qayda qoyur.
Olsun! Təbii ki,Universitetlərin müəyyən muxtariyyəti var. Amma baxır nədə, hansı sahədə. Dərd burasıdır ki, digər Universitetlərdən fərqli olaraq burada muxtariyyət başqa istiqamətdə, başqa yöndə istifadə edilir. Yəni rektor Yusif Yusifovun keyfinin kahyası olan olmadığından o da öz bildiyi oyunları oynamaqda davam edir. Universitetin professor müəllim heyəti də qalıb mat- məəttəl.
Sözü uzatmadan keçək mətləbə. Birinci ondan başlayaq ki, Universitetin inzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov biur gün də olsa pedaqoji işlə məşğul olmamasına baxmayaraq Yusif Yusifovun sayəsində “Qabaqcıl təhsil işçisi” döş nişanına və Əməkdar müəllim adına layiq görülüb. İllərlə bu Universitetdə can qoyan professorlar, dosentlər, lap elə sıravi müəllimlər qalıb qıraqda, ömrü boyu tikintidən başqa bir sahə tanımayan adam bu titula layiq görülürsə daha şərhə ehtiyac qalmır. Çünki Fəxrəddin Həsənov sökmə, tikmə, təmir məsələlərində çox pərgardır və Yusif müəllimin kriteriyalarına uyğunluq baxımından əla kadr hesab olunur. Ona görə də dərs deməyə, müəllim olmağa ehtiyac qalmır.
Fəxrəddin müəllim də ümidləri yaxşı doğruldur. Yusif müəllim gələndən elə hey sökür, tikir, təmir edir, vəsaitləri sağa-sola fırlada bilir. Bir tikiləni bir də tikmək, təmiri təmir üstünə təşkil etməkdən asan yol olmadığından nəticənin necə olacağı da aydındır.
İkinci məsələ odur ki, bu Universitetdə digərlərindən fərqli olaraq professor-müəllim heyətinin maaşı bir yerdə dayanıb durub. Çünki Fəxrəddin Həsənovun sehrli malası olan qalan vəsiyyəti suvağa çevirib vurur divarlara, rəngə çevirib bəzək edir. Dosentlərin maaşı 700 manatdan, müəllimlərin maaşı 380 manatdan yuxarı qalxmadığı halda, Yusif müəllimin katibəsinin, köməkçisinin maaşları kifayət qədər sürətlə və xeyli məbləğdə artır. Anası ölmüş müəllimlər də qalır baxa-baxa.
Üçüncü və ən vacib məsələ də Universitetdə əlaçı tələbənin olmamasıdır. Burada təhsil, savad önəmli deyildir. İmtahan zamanı baş yox, başqa şeylər tələb olunduğundan savadlı tələbələr də əlaçı olmaq arzularını Yusif müəllimin obyektlərinin fundamentində dəfn etmək zorunda qalıblar.
Dördüncü məsələ də kifayət qədər müəmmalıdır. İmtahanlara 4-5 ay qalmış Yusif müəllim müəllimlərə tapşırır ki imtahanda istifadə olunacaq testləri hazırlayıb kafedraya təqdim etsinlər. Birdən fikirləşərsiniz ki bunun nəyi pisdir? Əslində pis deyil. Pis olan həmin işin arxasındakı niyyətdir. Niyyət də bundan ibarətdir ki, testlər və onların cavabları oxumayan, dərsə gəlməyən tələbələrə məlum yollarla ötürülür və imtahanlar da “müvəffəqiyyətlə” başa çatır. Odur ki belə imkandan ancaq savadsız və oxumaq istəməyən tələbələr yararlanır, oxuyanların isə qiyməti aşağı düşməkdə davam edir. İmtahan nəticələrini yoxlamaq da dərs deyən müəllimlərə yox, rektorin “qara kassasının” məsləhət bildiyi, hər havaya ləbbeyk deyən şəxslərə tapşırılır.
Bunu nəzərə alan tələblər də ironiya ilə oxuduqları Universiteti Gəncə Dövlət Universiteti yox, Gəncə Bazar Universiteti adlandırırlar.
Digər bir məsələ də ondan ibarətdir ki, burada aylığa buraxma adlı bir nəsnə də var. Magistraturada təhsil alan tələbələr 700-800 manat müqabilində aylığa buraxılır, o da 3-ün 2-yə nisbətində dekanla rektor arasında kamalı-ədəblə bölünür. Adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, 4 tələbədən 3-ü aylıqdadır və mən də 1 nəfələ dərs keçirəm. Burada bir “bərəkallah” deməkdən özümüzü saxlaya bilməyib keçirik digər məsələyə.
Universitetdən redaksiyamıza zəng edən xanım əməkdaş özünü mətbuat katibi kimi təqdim edərək əvvəl əməkdaşlıq təklif edir. Bizim bu qədər qara işləri olanla əmədaşlıq edə bilməyəcəyimizi deyəndən sonra isə qayıdır ki, bəs sizin yazılar qərəzlidir. Xanıma izah edirik ki, biz yazdıqlarımızı yuxuda görmürük.
Aktualxeber.az-ın elektron ünvanına gələn məktub eyni zamanda ölkə başçısına, Təhsil nazirinə, Yusif Yusifovun qardaşı, Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifova da göndərilib. Onlara deyən yoxdur ki bu qərəzlidir. Çünki Təhsil nazirinin özü yerində olmayan adamdır. Bu qədər fakt ola-ola Universitetdə baş verənləri araşdırmır, tədbir görmür, işini gücünü buraxıb “şaftalı” nın yazılış qaydasını həll etməklə məşğuldur.
Əlqərəz, Yusif müəllim əməlli-başlı bazar açıb. Bu adam təzə rektor təyin olunanda əməlinə görə bir müəllimənin əri tərəfindən yaxşıca döyüldükdən sonra indi “telexronitel” də saxlayır.
Təbiidir ki, bəzi işlər rektorluq deyil. O daha böyük işlərlə məşğul olduğundan “qara” işləri həvalə edib “öz adamına”. O da elə səliqəli işləyir ki,gəl görəsən.
Yadınızdadırsa, Yusif müəllimdən əvvəlki rektor Yadigar müəllim Universitetin həyətini satmışdı və orada kafe tikilirdi, Buna etiraz edərək ayağa qalxan professor-müəllim heyətinin təkidli tələbi ilə Yadigar müəllim vəzifədən uzaqlaşdırıldı. İndi isə Yusif müəllim yenidən həmin sahəni satıb. Kafe də tikilir. Amma ona bu işə görə kimsə dillənib söz demir. Bilirsiniz niyə? Deyək bilin. Çünki qardaşı Cavanşir Yusifov qeyd etdiyimiz kimi Maliyyə Nazirliyində aparat rəhbəridir. Yəni ki kim xəzinəyə rəhbərlik edirsə, söz sahibi də odur.
Bu hələ bildiklərimizin yüzdə biridir, desək, yanılmarıq. Siz də yanılmayın, dəyərli oxucular. Yanılıb Gəncə Dövlət Universiteti desəniz əziz gəncəlilər sizdən inciyər. Çalışın ki Gəncəbazar Universiteti adını yadınızdan çıxarmayasınız…
Bizi izləyin…
GDU-nun bir qrup professor və müəllim heyəti.

https://turantv.az/2023/11/06/rektor-yusif-yusifov-gdu-da-%C9%99m%C9%99lli-basli-bazar-acib-sikay%C9%99t/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar