Ermənistan Müdafiə Nazirliyi Azərbaycana növbəti dəfə iftira atıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan MN erməni hərbçisinin guya Azərbaycan tərəfdən açılan atəş nəticəsində yaralandığını iddia edib.
“Yaralının səhhəti orta ağırdır, həyatı üçün təhlükə yoxdur” - xəbərdə deyilir.
Hadisənin Vedibasar rayonunda, “Paruyr Sevak” kəndi yaxınlığında baş verdiyi, faktla bağlı araşdırma aparıldığı deyilir.
Qeyd edək ki, sözügedən kənd Sədərəyin 33 ildir işğal altında olan Kərki kəndi yaxınlığında yerləşir. İstisna deyil ki, Ermənistan şərti sərhədlərdə vəziyyəti gərginləşdirməklə, Azərbaycanı ittiham etməklə Qərbdəki havadarlarından daha ciddi dəstək almağa, bölgəyə Aİ missiyasını cəlb edib, işğaldakı kəndimizin qaytarılmasına mane olmağa çalışır.
Musavat.com