İdmançımızın möhtəşəm uğuru

29-09-2014, 01:51   
Emil Möhsümzadə dünya çempionatının ikincisi oldu

Son illər Azərbaycan idmançıları bir çox beynəlxalq turnirlərdə uğurlu çıxış edərək ölkəmizin adını yüksəklərə qaldırırlar. Olimpiya yarışlarında, qitə miqyaslı və dünya çempionatlarında yüksək mükafat qazanan idmançılarımız xalqımızın qürur mənbəyidir. Bu günlərdə daha bir idmançımız dünya çempionatında uğurla çıxış edərək bayrağımızı yüksəklərə qaldırıb.
6-14 sentyabr 2014-cü il tarixində İtaliyanın Rimini şəhərində gənclər arasında keçirilən (wako) dünya çempionatında DİNİC-nin yetirməsi Möhsümzadə Emil Emin oğlu 2-ci yerə layiq görülmüşdür.
Azərbaycanın her bir sahəsində olduğu kimi kikboksinq növü üzrə də güclü idmançılar yetişir. Bu idmançılardan biri də Emil Möhsümzadədir.
Emil Möhsümzadə 1995 ci ildə Bərdə şəhərində anadan olub. 7 yaşından kikboksinq növü ilə məşğul olur. Məşqçi müəllimi əməkdar məşqçi kikboksinq üzrə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət milli yığmasının baş məşqçisi Hikmet Hacıyevdir. Qeyd edək ki, Emil kinqboksinq üzrə ilk uğurlarını Rusiyada yaşadığı müddətdə qazanıb. Belə ki, Emil 67 kq çəki dərəcəsində 3 dəfə Rusiyanın uzaq Şərq çempionu olub. Azərbaycanda isə 5 dəfə respublika çempionu olmuşdur. Bir dəfə boks üzrə respublika ikincisi, bir dəfə isə respublika çempionu adına layiq görülmüşdür. O, 2010 cu ildə Serbiyada keçirilən kikboksinq üzrə dünya çempionatında 2-ci yerə, 2011-ci ildə İtalyada keçirilən kikboksinq üzrə Avropa çempionatında 2ci yere, 2012-cil ildə Slovakiyada keçirilən kikboksinq üzrə dünya çempionatında 1-ci yerə, 2013-cü ildə Polşada keçirilən dünya çempionatında 1-ci yerə layiq görülmüşdür.
6-14 sentyabr 2014-cü il tarixində İtaliyanın Rimini şəhərində gənclər arasında (wako) dünya çempionatında DİNİC-nin yetirməsi Möhsümzadə Emil Emin oğlu 2-ci yerə layiq görülmüşdür. O, birinci döyüşü Macarıstan idmançısını 2:1 hesabı ilə, ikinci doyüşdə Xorvatiyadan olan idmançısını 3:0 hesabı ilə məğlub etmişdir. Finalda isə serbiyalı idmançıya 2:1 xal hesabı ilə məğlub olub, pillənin ikinci yerinə qalxmışdır.
Qeyd edək ki, hakim Hacıyevin məşqçilik etdiyi Azərbaycan gənclərdən ibarət yığma komandası bu çempionatda 25 nəfər ilə təmsil olunmuşdu. Onlardan 2 nəfər qızıl, 3 nəfər gümüş 8 nəfər isə bürünc medalla təltif edilmişlər.
İdmançımızın möhtəşəm uğuru



Arif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.