Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DİN Bərdə DYP-dən şikayətlə bağlı açıqlama yaydı

21-11-2023, 10:32   



Ağdamın İmamqulubəyli kənd sakini Tünzalə Nağıyeva sosial şəbəkədə yaydığı video müraciətində Bərdə Dövlət Yol Polisindən şikayət etmişdi. Anaxeber.info məlumat verir ki, vətəndaş sosial mediada paylaşdığı video çıxışında üzləşdiyi problemlə bağlı Daxili İşlər naziri Vilayət Eyvazovdan kömək istəmişdi. 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib. Nazirlik Anaxeber.info-ya gönədrdiyi rəsmi məlumatda qeyd edib ki, vətəndaş Tünzalə Nağıyevanın video müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, ona məxsus və etibarnamə əsasında oğlu Cavidan Məhərovun idarəsində olan  "Mercedes" markalı avtomobil Bərdə rayonu ərazisində oktyabr ayı ərzində iki dəfə yol nişanlarının tələblərinə riayət etmədiyinə, noyabr ayında isə bir dəfə dayanma-durma qaydasını pozduğuna görə, ümumilikdə üç dəfə barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və bu barədə vətəndaşa məlumat verilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar