Leyla Şıxlinskayanın atalığı idi deyə, məni sıxışdırırdı»
«Bağ mövsümü» filminin kadrarxası
Modern.az saytının “Kadrarxası” layihəsinin buhəftəki həmsöhbəti istedadlı sənətkar Zemfira Sadıqovadır. Zemfira xanımÿ"Bağ mövsümü" filminin kadrarxası məqamlarından danışır. Zemfira Sadıqova “Arxadan vurulan zərbə” filminin “Qurd Cəbrayıl”ı Yusif Vəliyevin həyat yoldaşı olub.
Arayış:ÿ1939-cu ildə Bakıda anadan olan Zemfira Sadıqova orta məktəbi bitirdikdən sonra Moskva Kino Institutuna daxil olmaq istəsə də, valideynləri onun bu istəyinə qarşı çıxır. Valideynlərinin təkidilə Iqtisadiyyat fakültəsinə daxil olsa da, yarım ildən sonra evdəkilərdən xəbərsiz sənədlərini TeatrÿInstitutuna dəyişir.ÿ1965-cildə təhsilini bitirib kino həyatına qədəm qoyur. Çalışdığı illər ərzində 50-yə yaxın filmdə rol alır. 1980-ci ildə həyat yoldaşını itirən aktrisanın iki övladı var. Oğlu ailəsilə, nəvələrilə birlikdə Moskvada yaşayır. Zemfira xanım səhhətiylə bağlı təcili əməliyyat olunması üçün öz evini satıb. Bundan sonra isə o, qızının ailəsilə birlikdə yaşamağa başlayır. Ötən il 3 filmə çəkilib. Indi çalışmır. Dəvət olunduğu reklam və serial çəkilişlərindən imtina edir.
Çəkilişlərinə 1985-ci ildə başlananÿ"Bağ mövsümü"ÿfilmi yazıçı Elçinin “Dolça” povesti əsasında çəkilib. Filmin istehsal müddəti cəmi 3 ay davam edib. Ekran əsəri Bakının Mərdəkan bağlarında baş verən hadisələrdən bəhs edir. Hadisələrin mərkəzində isə Ağababa və Ağabacının böyük, saf, əxlaqlı ailəsindən söbət açılır. Ssenari kəndin şəhərlə mənəvi-psixoloji ziddiyəti üzərinə qurulub: halallıq mücəssiməsi olan kəndlə şəhər üz-üzə qoyulur. Kəndlə şəhər arasında hərəkət edən Ağababanın avtobusu bu iki ziddiyyətli məkan əlaqəsinin obrazına çevrilir. Ağababa ilə dostluğu ön plana gətirilən “Toplan” iki mühit arasındakı ziddiyyətin yeganə qurbanı kimi povestdəki funksiyasını yerinə yetirir.
Film üzərində quruluşçu rejissor Tofiq Tağızadə, quruluşçu operator Elxan Əliyev, quruluşçu rəssam Kamil Nəcəfzadə, bəstəkar Xəyyam Mirzəzadə, direktor Əli Məmmədov çalışıb.
Rollarda Həsən Məmmədov, Zemfira Sadıqova, Səməndər Rzayev, Ramiz Əzizbəyli, Həmidə Ömərova, Leyla Şıxlinskaya, Elxan Cəfərov, Mirzə Babayev və başqaları çəkilib.
“Tofiq Tağızadə Ağabacı rolunda Səfurə Ibrahimovanı görmək istəyirdi”
Zemfira Sadıqova:ÿ"Bağ mövsümü" filmində Ağabacı obrazını oynamaq üçün Elmira Şabanova, Səfurə Ibrahimova və mən dəvət olunmuşdum. Sınaq çəkilişləri baş tutdu. Hər aktrisa özünəməxsus şəkildə rolunu ifa etdi. Məsələ ondan ibarət idi ki, mən həmin dövrdə kinostudiyanın aktyorluq şöbəsində kinoaktrisa kimi çalışırdım. O vaxt Cəfər Cabbarlı adına Kinostudiyanın direktoru Eyvaz Borçalı idi.
Hamımız yığılmışdıq. Bir də eşitdim ki, Səfurə Ibrahimova hansı geyimlərdə çəkiləcəyini yoxlayır. Baxmayaraq ki, bədii şura məni bəyənmişdi, filmin rejissoru Tofiq Tağızadə heç cür mənim çəkilməyimi istəmirdi. O, Ağabacı rolunda Səfurə xanımı görmək istəyirdi. Ona görə də, Səfurə xanımı paltar seçiminə dəvət etmişdi".
Baş verənlərdən narazı qalan aktirsa çarəni Eyvaz Borçalının yanına getməkdə görür. Və istəyinə nail olur:
“Bundan çox əsəbiləşdim və Eyvaz Borçalının yanına getdim. Dedim ki, mənim bu rola çəkilməyimi siz özünüz də istəmisiniz. Nəyə görə indi Səfurə xanım çəkilir? O vaxtkı qaydalara görə, əgər ştatın aktyoru dəvət olunmuş aktyordan 20% zəif oynayardısa belə, həmin rola ştatda olan aktyor çəkilməli idi. Hətta ssenari müəllifi Elçin də məni bəyənmişdi və filmə mənim çəkilməyimi istəyirdi. Bütün bunlara baxmayaraq Tofiq Tağızadə öz seçimini edərək Səfurə Ibrahimovayla birlikdə filmin çəkilişlərinə hazırlaşırdı.
Eyvaz Borçalı təmkinlə aktirisaya bildirir ki, narahatlığa əsas yoxdur: “Zemfira xanım, hələ heç kəs nə Ağababa, nə də Ağabacı roluna təsdiq olunub. Hər halda filmin heyəti təsdiq olunanda sənin xəbərin olacaq”.
Razılaşdım. Daha sonra məlum oldu ki, rejissor Ağababa roluna Həsən Məmmədovu çəkmək istəyir. Buna baxmayaraq sınaq çəkilişləri üçün Şahmar Ələkbərov, Həsən Məmmədov və bir də adını xatırlamadığım bir aktyor çağırılmışdı. Sınaqlar oldu, müzakirələr getdi. Tofiq Tağızadə Ağababa roluna Həsən Məmmədovu çəkmək qərarını qətiləşdirdi. Eyvaz Borçalı da onunla razılaşdı: “Ağababa roluna Həsəni, Ağabacı roluna Zemfiranı çəkirsən”. Tofiq Tağızadə “oldu” deyib razılaşdı".
“Ağabacını ancaq əsl bakılı canlandıra bilərdi”
Uzun mübarizədən sonra aktrisa Ağabacı roluna təsdiq olunur. Amma...
Zemfira Sadıqova:ÿ"Beləcə çəkilişlər başladı. Bütün çətinliklərinə baxmayaraq, rolumun öhdəsindən ustalıqla gəldim. Çünki rejissor məni heç cür çəkmək istəmirdi. Oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Çünki, onun atalığı idi. Leyla da bunu lazımınca “dəyərləndirirdi”.
Çəkildiyim bütün obrazlara ürək qoymuşam, hər birini içdən oynamağa çalışmışam. “Dəli Kür”, “Anlamaq istəyirəm”, “Evdə kişi” filmlərindəki ana obrazı bir yana, “Bağ mövsümü” filmindəki ana tamamilə fərqlidir mənim üçün. Bu, əsl bakılı qadının obrazıdır. Bunu ancaq əsl bakılı oynaya bilərdi. Ağabacını nə şəkili, nə qarabağlı, nə lənkəranlı mənim kimi oynaya bilərdi. Aktyor mütləq obraza girməyi bacarmalıdır. Hesab edirəm ki, mən bunu bacarmışam. Böyüklü-kiçikli obrazlarımın hamısı mənim üçün gözəl və əzizdir".
Müsahibimiz bildirir ki, filmin çəkilişləri əsasən Mərdəkanda və Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda reallaşıb.
“Ağabacı ilə Ağababanın söhbəti, qadının ərindən turşu istəməsi, uşaqların oynaması pavilyonda lentə alınıb. Ağabacının ərindən turşu istədiyi səhnə mənim üçün çox doğmadır. Həmin epizodda Azərbaycan qadınına məxsus həya-abır, utancaqlıq özünü büruzə verir. Öz əri olmasına baxmayaraq, hamilə olduğunu utancaqlıqla ona bildirir. ”Könlümə yaman turşu düşüb, sabah alarsan mənim üçün?". Istəyini deyir, eyni zamanda utanır. Hesab edirəm ki, çox səmimi bir səhnə alınıb".
Söhbət əsnasında Zemfira Sadıqova o vaxtkı maaşından da gileyləndi:
“Filmə çəkilməyi israrla istəməyimin səbəbi o vaxt maaşımın az olması idi. Hər hansı filmə çəkiləndə aktyorun maaşı müəyyən qədər artırdı. Dublyajda iştirak etməyimə, ”Mozalan"da çəkilməyimə baxmayaraq, məvacibim mənə bəs etmirdi. Düşünürəm ki, həm özüm, həm də sənətim sınaqda iştirak edən digər iki aktrisadan da yüksək idi. Rolumun öhdəsindən də necə lazım idisə, gəldim. Başqa aktyorlar da xarakterlərinə görə müəyyən olunmuşdu. Leyla Şıxlinskaya ilə aramızda olan narazılıq elə əvvəldən var idi. Çünki, o özündən çox razı idi, hamıya yuxarıdan aşağı baxırdı".
“Heç vaxt Leyla Şıxlinskaya ilə bir-birimizi sevməmişik”
Aktrisa Zemfira Sadıqova “Dəli Kür”də oyanayandan sonra rolarının davamlı olacağını düşünür. Amma kinostudiyada ona qarşı yaranan soyuq münasibət daha çox filmə dəvət almasını əngəlləyir.
Zemfira Sadıqova:ÿ"Əksəriyyət düşünürdü ki, “Dəli Kür”dən sonra mən daha çox filmlərə çəkiləcəm. Amma kinostudiyada məni çoxları sevmirdi. Filmlərə çox da dəvət almadım, çünki, heç kimin qarşısında baş əyməmişəm. Bir dəfə kinorejissor Gülbəniz Əzimzadə mənə dedi ki, “Ay, Zema bu belivi bir sındır da”. Dedim: “Niyə, kimin yanında əskik işim var ki, onlara boyun əyim? Sənətim əskikdir, bacarığım, yoxsa xarici gözəlliyim, əxlaqım? Istəyirlər çəksinlər, istəmirlər çəkməsinlər”.
Heç vaxt Leyla Şıxlinskaya ilə münasibətim yaxşı olmayıb. Artıq çəkilişlərə start verilmişdi. Leyla bilmirdi ki, Ağabacı roluna kim çəkiləcək. Mən qrimimi etmişdim, Ağabacının paltarını da geyinib qrim otağında qrim üzrə rəssam Firuzə Ismayılova ilə söhbətləşirdik. Birdən Leyla gəldi ki, “icazə verin qrimimizi edək” (rusca danışırdı). “Buyurun” deyib, getdim. Heç məni saymadı da. Qrim ustası məni göstərib dedi ki, “bu Ağabacını oynayan xanımdır”. Leyla özünü elə aparırdı ki, guya məni tanımır. Özündən çox razı, kobud qadın idi. Şəxsən əlaqələrimiz olmasa da, heç vaxt bir-birimizi sevməmişik.
Ağabacının övladları rolunda çəkilən uşaqlardan böyüyü Moskvadan dəvət olunmuşdu. Qalanları isə Bakıda bir neçə uşaq arasından seçilmişdi. “Toplan” filmin əsas qəhrəmanıdır. Əsərdə itin adı “Funqan” idi. Moskvadan gətirilmişdi. Çox ağıllı, baxımlı, bacarıqlı it idi. Verilən tapşırıqların hamısını düzgün yerinə yetirirdi. Bircə dəfə anlaşılmazlığımız onda oldu ki, çəkiliş prosesində çarşabım “Toplan”ın dəmirinə ilişib cırıldı".
Filmdə Ağabacı Ağababanı razı salandan sonra kirayəşinlər onların evinə yerləşir. Hadisələr də bundan sonra dramatikləşir. Qonaq-qaralı kirayəşinlərin hay-küyü ev sahiblərini narahat etməyə başalyır. Bütün bunlarla yanaşı, onlar ev sahibinin itini də incidirlər. Onu ələ salır, zorla nəsə yedizdirmək istəyirlər. Insan kimi duyğulu olan “Toplan” baş verənlərə dözmür. Uzun gecələrin birində sahibləri yatan otağa girib, bir-bir onlarla vidalaşır. Və bundan sonra evdən gedir. Aktrisa həmin səhnənin çəkilişi zamanı başına gələn maraqlı bir əhvalatı bizimlə bölüşür:
“Çəkilişlər doğurdan da gecə aparılırdı. Təbiiliyi saxlamaq üçün itin bizimlə vidalaşdığı səhnədə gecəni səhərə qədər çəkilişlər oldu. Işıqlar quruldu, hazırlıq görüldü. Bildirdilər ki, çəkiliş uzun sürəcək. Hamımız uzandıq, özümüzü yuxululuğa vurduq. Yorğunluqdan yerimə uzanan kimi məni yuxu aparar. Bütün çəkilişi yataram. Bir də gördüm səhər məni oyadırlar ki, dur səhər açıldı, çəkiliş bitdi”.
Rejissor 90 dəqiqəlik filmi kəsib 75 dəqiqə etdi
Zemfira xanım Həsən Məmmədovun aktyorluq məharətindən əvvəl gözəl insani keyifiyyətlətinə diqqət çəkir.
Zemfira Sadıqova:ÿ"Həsən Məmmədov çox gözəl tərəf-müqabil idi. Filmə çəkilmək onun üçün adi bir şey idi. Həyatda da çox sadə, sakit, mehriban insan idi. Ondan zərrə qədər incimək mümkün olan iş deyildi.
Bir tək narazılığım olub, onun haqqında da danışdım. Başqa aktyorlar arasında fövqəladə bir şeylər olduğunu eşitməmişdim".
Aktrisa söhbət əsnasında elə hey rejissordan gileyləndi. “Tofiq Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu. Filmə baxanda çox pis oldum. Çünki, bu mənim gözlədiyim nəticə deyildi. Əslində, yüksək səviyyəli bir iş ortaya çıxa bilərdi. Təəssüf ki, bu filmdə şəxsi münasibətlər sənəti üstələdi.
Kirayəşinin arvadını oynayan Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu da ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var".
Zemfira Sadıqova onun üçün əziz olan daha bir səhnənin filmdən çıxarılmasını təəssüfÿhissi ilə xatırlayır.
“Həsənlə birgə bir səhnəmiz vardı. Hansı ki, işdən yorğun gəlir, onun əlinə su tökürəm, problemlərdən, qayğılardan danışırıq. Çox təsirli dialoqla müşayiətÿedilən bir səhnə idi, amma rejissor onu da kəsdi. Iti yedizdirdiyim bir yer var idi, onunla danışıram. It çox ağıllı idi, bəzi insanlardan da anlayışlı idi. Çox maraqlı səhnə idi, onu da çıxartmışdı Tofiq Tağızadə”.
Improvizələrə gəldikdə isə, aktirsa qeyd edir ki, onun rolu ilə bağlı improvizədən söhbət belə, getməyib. “Kaş ssenaridə olanları saxlayaydılar, böyük şey idi. Film mən istədiyim kimi alınmadı. Tağızadə mənimlə olan narazılığa görə filmi tamamilə başqa yerə yönləndirdi”.
Xeyransa ilə Ağabacının çörək bişirdikləri epizoddan danışarkən aktrisa bildirdi ki, orada təndir doğrudan qalanmamışdıı.
“Soyuq təndir qurmuşdular. Sadəcə rolumuzu oynayırdıq. Ümumilikdə filmdən çox narazı qaldım. Ssenariyə görə film çox maraqlı olmalı idi, amma çox aşağı səviyyəli bir ekran əsəri ortaya çıxdı. Bundan qat-qat əla ola bilərdi. Düşünürəm ki, Tağızadə də qocalmışdı. Film tamamlanandan sonra ”Dostluq" kinoteatrında olan premyerasında iştirak etdim, vəssalam. Bununla da bitdi..."