İŞİD Türkiyəyə top atdı

29-09-2014, 10:49   
İŞİD Türkiyəyə top atdıMərminin düşdüyü ev uçub, sakinlər müxtəlif dərəcəli xəsarət alıb
İŞİD terror qruplaşmasının Suriydan minaatanla açdığı atəş Türkiyənin Şanlıurfa vilayətində yaşayış evlərindən birinə dəyərək dağıntıya və sakinlərin yaralanmasına səbəb olub.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə vilayətin Suruc rayonunun Kobani (Suriya) ilə həmsərhəd Alanyurt məhəlləsində baş verib.

Top mərmisinin dəydiyi evdə dağıntı medana gəlib və 3 nəfər ev sakini aldıqlaeı xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Hadisədən sonra məhəllə sakinləri evlərini tərk edərək Tavşanlı məhəlləsindəki qohumlarının evlərinə sığınıblar. Ətrafda təhlükəsizlik tədbirlərini çoxaldan jandarm qüvvələri isə sakinlərin məhəlləni təxliyyə etmələri üçün kürdcə anonslar səsləndiriblər.

Bundan başqa daha 2 top mərmisi Suruc rayonunda boş ərazilərə düşərək partlayıb. Bu zaman dağıntı və xəsarət alan olmayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSK) bütün atəşlərə artilleriya atəşi ilə cavab verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.