Türkiyənin Hakkari vilayətində kürd etirazçılar türk bayrağını yandırdı
Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda kürd fəallar Atatürk adına məktəbdən bayrağı endirərək yandırıblar.
ANS PRESS-in məlumatına görə, xəbəri Türkiyə Silahlı qüvvələrinin Baş qərərgahı yayıb.
Baş qərərgahın xəbərində kürdlərin sıx yaşadığı Şırnak əyalətində də Atatürkə qarşı hörmətsizlik nümayiş etdirilib.
İŞİD qruplaşmasının mühasirədə saxladığı Suriyanın kürdlər yaşadığı Kobani şəhərinin qorunmasını tələb edən etiraz aksiyasında fəallar məktəbin darvazasını qıraraq Atatürkün büstünü dağıdıblar.
Xatırladaq ki, separatçı kürd qruplaşmalar daha əvvəl də məktəblərə hücum edərək analoji hadisələri törətmişdilər