Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya Qarabağ ermənilərinin qayıtmasına kömək etməyə hazırdır - RF XİN

12-02-2024, 09:44   


Qarabağ erməniləri regiona qayıtmaq istəsələr, Rusiya onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır, bu barədə RF XİN başçısının müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

"Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu səbəbdən qayıtmaq istəyənlərin hüquq və təhlükəsizlikləri lazımi şəkildə təmin edilməklə qayıtması üçün şərait yaradılması vacibdir", deyə o, qeyd edib.

"Bu prosesə iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingentinin xətti ilə də hərtərəfli yardım göstərməyə hazırıq", deyə diplomat əlavə edib.

Qaluzin xatırladıb ki, 19-20 sentyabr 2023-cü il tarixli döyüşlər nəticəsində Qarabağ üzərində nəzarət tamamilə Bakıya keçib.

Rusiya sülhməramlı kontingenttinin fəal vasitəçiliyi ilə 20 sentyabr 2023-cü il tarixində hərbi əməliyyatların dayandırılması haqqında razılaşma əldə olunub və Qarabağın erməni əhalisinin və Azərbaycan hakimiyyətinin nümayəndələri arasında danışıqlar aparılıb.

Qaluzin həmçinin bildirib ki, Rusiya "Azərbaycanda və Ermənistanda konsul iştirakının genişləndirilməsi üzərində" işləyir. "Bu, ortaq tariximiz və mədəniyyətimiz olan dost ölkələrdir", deyə Rusiyalı diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Rusiya konsulluğu yalnız RF-nin Bakıdakı səfirliyində mövcuddur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar