'Bu, bildiyimiz qızılcadır, yoxsa...'

20-02-2024, 08:24   


Azərbaycanda 2023-cü ildən başlayaraq qızılcaya yoluxma halları davam edir, həmin xəstələr arasında ölüm hallarının olduğu bildirilir. Yerli mediada son belə halın fevralın 15-də baş verdiyi vurğulanır. Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdinin vəfat etdiyi bildirilir. Onun qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirdiyi deyilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "azyaşlıda fevralın 3-dən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb" deyilsə də, xəstəliyin adı açıqlanmır.

Son aylarda Azərbaycanda qızılcaya yoluxmuş bir çox uşağın vəfat etdiyi barədə qeyri-rəsmi məlumatlar yayılıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda 2023-cü ilin yanvar-noyabr aylarında qızılcaya yoluxma sayı min 493-ə çatıb, yoluxma, əsasən, uşaqlar arasında müşahidə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına əsasən isə, təkcə 2023-cü ilin noyabrı ərzində Azərbaycanda 2 min 919 nəfər qızılca xəstəliyinə yoluxub.

Qızılcaya yoluxanlar arasında ölüm statistikasına gəlincə, Azərbaycanda bu barədə heç bir rəsmi qurum açıqlama vermir.

Qızılcayla qarşı peyvəndi kim vurdurub? - Bakıda sorğu
 EMBED PAYLAŞ
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px

The URL has been copied to your clipboard
 
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:001:360:00






Bu ona, o isə buna müraciət etməyə məsləhət görür…

Səhiyyə Nazirliyi (SN) Dövlət Statistika Komitəsinə (DSK), DSK isə SN-ə müraciət etməyə məsləhət görür.

Gigiyena və Epidemiologiya Mərkəzindən "Turan"a bildirilib ki, respublikanın həm dövlət, həm də özəl tibb müəssisələrində bu xəstəliklə bağlı peyvəndlər milli peyvənd təqviminə əsasən, 6 yaşına qədər uşaqlara vurulur: "2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF ( BMT-nin Uşaq Fondu) xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir".

Amma peyvəndin istehsalçı ölkəsinin adı çəkilmir.

Qurumdan vurğulanıb ki, qızılca xəstəliyi alovlanandan sonra yüz mindən artıq uşaq qızılca, məxmərə və epidemik parotitə qarşı peyvənd olunub.

A.Əliyev
A.Əliyev

"Bu barədə məlumat vermirlər"

Həkim-radioloq Aydın Əliyev isə AzadlıqRadiosuna deyib ki, müvafiq qurumlar qızılcanın son alovlanması zamanı həmin virusun gen tərkibini xüsusi laboratoriyada yoxlayıb-yoxlamadıqları barədə məlumat vermirlər: "Bu bizim həmişə bildiyimiz qızılca virusudur, yoxsa mutasiyaya uğrayıb? Bu barədə məlumat vermirlər, amma mütləq şəkildə etməlidirlər".

Ekspert qeyd edib ki, COVID-19 pandemiyasında qızılca peyvəndləməsində fasilələr yaranıb: "Alovlanmanın bir səbəbi də budur. COVID dönəmində insanlar vaxtlı-vaxtında qızılca peyvəndləri vurmadılar".

O, rəsmi statistik rəqəmlərə inanmadığını deyir: "Çünki dəqiq statistika aparılmır".

Həkimin fikrincə, təbliğat-təşviqat işləri də gücləndirilməlidir: "Çünki insanlar qızılcanın ağırlaşmasından tələf olur... Təbliğat işləri aparmaq lazımdır ki, ilkin şikayətlər olarkən insanlar müraciət etsinlər. Tədbirlər vaxtında aparılsa, müəyyən qədər vəziyyəti yüngülləşdirmək olar".

A.Əliyevin deməsinə görə, qızılcaya qarşı peyvəndlənənlər arasında bu xəstəlik zamanı ölənlər, demək olar ki, yoxdur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.