Fevralın 24-də Xətai rayon Məhkəməsi “Abzas Media” internet nəşrinin əməkdaşlarının cinayət işi üzrə həbsdə olan jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirnin müddətini daha 3 ay (mayın 29-dək) uzadıb.
Vəkili Rövşanə Rəhimli bildirib ki, ittiham tərəfi məhkəmədə öz mülahizələrinə jurnalistin azadlıqda olarsa gizlənə biləəcəyi, istintaqın gedişinə maneələr yarada biləcəyi ilə əsaslandırıb.
“Biz ittiham tərəfinin dediklərinin formal olduğunu və fakta söykənmədiyini bildirdik. İstintaqın uzadılması onunla əsaslandırıldı ki, sorğular göndərilib, digər təqsiri olan şəxslər dəvət olunacaq, üzləşmə keçiriləcək. Çox güman digər təqsirləndirilən şəxslərin də həbs müddəti uzadılacaq. Həbsin uzadılması qanunsuzdur”, vəkil qeyd edib.
Məhkəmədə Nərgiz Absalamova ittihamları rədd edib və jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib.
Qeyd edək ki, 2023 il noyabırın 20 dən bəri “Abzas Media" ın beş əməkdaşı saxta ittihamlarda ( qaçaqmalçılıq) həbs edilib.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, mediaya təzyiqləri dayandırmağa çağırıb.