Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD türkmən millət vəkilini öldürdü

8-10-2014, 12:22   
İŞİD türkmən millət vəkilini öldürdüİŞİD terror qruplaşması ötən gün İraqın müxtəlif bölgələrində 19 nəfəri edam edib.

ANS PRESS-in məlumatına görə, edam olunanlar arasında türkmən millət vəkili İman Mustafa Yunus əs Səlami də var. Bu barədə “Anadolu” agentliyinə insan haqları fəalı Murtaza Musa məlumat verib. Musa millət vəkilinin cəsədinin ailəsinə verilmədiyini, onun Təlafər şəhərindəki, “Allu Anter” quyusuna atıldığını güman etdiklərini bildirib.

Kürdüstan Demiokratik Partiyası Mosulşöbəsinin sədri Səid Memo İŞİD-in 1 ay əvvəl girov götürdüyü 15 nəfəri heç bir səbəb göstərmədən ictimai yerdə edam etdiyini bildirib.

Səlahəddin vilayətindəki aşirət rəislərindən biri olan Hamis əl Cəbbarə isə əl Elm qəsəbəsində girov götürülən 3 nəfərin İŞİD tərəfindən güllələndiyini deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar