Fransa Şengen vizasını dondura bilər

8-10-2014, 13:12   
Fransa Şengen vizasını dondura bilərFransada Şengen müqaviləsinin icrasının müvəqqəti olaraq dondurulması tələb olunub.



Axar.az xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri Marin Lupen terrorçuların geri qayıtmalarını önləmək üçün Şengen müqaviləsinin icrasının dərhal dayandırılmasını istəyib.


Lupen bu addımı ölkə sərhədlərinə nəzarətin gücləndirilməsi və terrorçuların qayıdışını önləmək üçün bir vasitə adlandırıb.



Fransa Milli Cəbhə Partiyasının rəhbəri həmçinin ölkənin təhlükəsizlik və polis qüvvələrinin səlahiyyətlərinin artırılmasına təkid edib.



Qeyd edək ki, terrorçuların Avropaya qayıtmaları bir çox Avropa rəsmisinin ciddi nigaranlığına səbəb olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.