Hizbullah İsrailə raketlər atdı, ABŞ İrana xəbərdarlıq etdi

13-04-2024, 09:27   


Tehranın İsrailin Dəməşqdəki səfirlik iqamətgahına hücumuna cavab olaraq qisas almağa hazırlaşdığı bir vaxt ABŞ prezidenti Co Bayden cümə günü İrana birsözlük sərt xəbərdarlıq göndərib.

“Etmə!” deyə Bayden Nyu York şəhərində daxili siyasətə həsr olunmuş nitqindən sonra müxbirlərə cavabında Tehrana mesaj yollayıb.

“Biz İsrailin müdafiəsinə sadiqik,” prezident müxbirlərin suallarına cavab olaraq bildirib. “Biz İsraili dəstəkləyirik. Biz İsrailin müdafiəsinə kömək edəcəyik, və İran müvəffəq olmayacaq.”

ABŞ rəsmilərinin xəbərdarlığına baxmayaraq İranın regionda himayə etdiyi qruplar hərəkətə keçib.

Livanın Hizbullah qruplaşması cümə günü İsrailin şimalına onlarla raket atıb.

İsrail Müdafiə Qüvvələri Livandan İsrailə uçan 40 raketi qeydə aldığını və onlardan bəziləri havadan üdafiə qüvvələri tərəfindən vurulduöunu bildirib.

İsrail müdafiə qüvvələri həmçinin Hizbullah militatnlarının iki partlayıcı dronunu zərərsizləşdiyini bildirib.

Hizbullahın raket və dron hücumlarının İranın İsrailin bu ayın əvvəlində Dəməşqdəki səfirliyinə hücumuna cavab səylərinin tərkib hissəsi olub-olmadığı bəlli deyil. Həmin hücumda üç yüksək rütbəli İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri, o cümlədən General Əlirza Zahedi öldürülmüşdü.

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi çərşənbə günü deyib ki, İsrail 1 aprel hücumuna görə “cəzalandırılmalıdır və cəzalandırılacaq”. Bir gün öncə onun müşavirlərindən biri söyləmişdi ki, İsrail səfirlikləri "daha təhlükəsiz deyil".

ABŞ diplomatik rəsmiləri, o cümlədən Dövlət Katibi Antoni Blinken Türkiyə, Çin, və Səudiyyə Ərəbistandakı tərəfdaşlarına müraciət edərək onlardan Tehrana aydın etmələrini xahiş ediblər ki, “eskalasiya heç kəsin maraqlarına cavab vermir”, deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller cümə axşamı müxbirlərə bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar