İsrail İrana nə vaxt və necə cavab verəcək?

15-04-2024, 16:07   
İsrail İrana nə vaxt və necə cavab verəcək?





İsrail hərbi kabinetinin bir neçə saat davam edən iclası  bazar günü axşam başa çatıb. Lakin Qərb və İsrail KİV bildirib ki,  İsrailin İranın hücumuna necə cavab verəcəyi barədə yekun qərar hələ qəbul edilməyib.

CNN yazır ki, İsrail hakimiyyəti cavab vermək niyyətindədir, ancaq vaxtı və miqyası hələ müəyyən etməyib. Teleşirkətin anonim həmsöhbətinin sözlərinə görə, hərbçilərə tapşırılıb ki, əlavə cavab variantları barədə düşünsünlər.

CNN analitiki Barak Ravidin sözlərinə görə, İsrail nazirləri Beni Qans və Gadi Ayzenkot çevik hərəkətlərə tərəfdar olduqlarını bildiriblər, lakin İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Co Bayden ilə telefon danışığından sonra cavabı bazar ertəsinə qədər təxirə salmaq qərara alınıb.

Times of Israel nəşri bildirib ki, hərbi kabinetin iclası təxminən üç saat davam edib. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, kabinet yaxın vaxtlarda yenidən toplanacaq.

ABŞ rəsmi şəxslərinin sözlərinə görə, Co Bayden Netanyahunu cavab barədə hərtərəfli düşünməyə çağırıb. Ağ Ev həmçinin İsrailə xəbərdarlıq edib ki, İrana cavab zərbələrində ABŞ iştirak etməyəcək, Vaşinqtondakı məmurlar bildiriblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi ABŞ telekanallarında bəzi çıxışlar zamanı bildirib ki, ABŞ İsrailə işarə edib ki, münaqişənin eskalasiyasından qaçmağa çalışır. Administrasiya nümayəndələri deyiblər ki, eyni mesaj diplomatik kanallar vasitəsilə İrana da göndərilib.

Turan İnformasiya Agentliyi

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar