Ermənilər Azərbaycan sarayı hesabına varlanır

8-10-2014, 15:21   
Ermənilər Azərbaycan sarayı hesabına varlanır"Tarixi Yeqan Məlik Sarayı Dağlıq Qarbağa gələn turistlər üçün fəaliyyət göstərəcək".

ANS PRESS-in məlumatına görə, bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının turizmin idarəsinin rəisi Sergey Şaxverdyan deyib.

O bildirib ki, artıq abadlıq işləri görülüb və sarayın ətrafındakı ərazinin hasarı hörülüb başa çatıb: "18 oktyabrda Qarabağda birinci şərab festivalı olacaq. Məhz bu səbəbdən sarayın interyeri qismən bərpa edilib. Abidənin foyesində muzey yaratmaq fikrimiz var. Turistlərin qəbulu üçün də imkanlar yaradılacaq. Xankəndinin paytaxtına 57 kilometrlik məsafədə olan kəndə festival səbəbi ilə işlər görülür".

Dağlıq Qarabağda turizm imkanları artırmağı planlaşdıran Ermənistan Hakimiyyəti bununla da xarici ölkələrdən gələnləri ölkəyə cəlb etməyə çalışır. Azərbaycanın tarixi abidələrini özünküləşdirən ermənilər, yenidənqurma işləri adı altında tarixi saxtalaşdırmaqla məşğuldur. Dövlət büdcəsinə hər vəchlə pul cəlb etməyə çalışan ermənilər tarixi Azərbaycan əraziləri hesabına buna nail olamağa cəhd edirlər.

Qeyd edək ki, Yeqan Məlik Sarayı Borçalıdan gəlmiş Azərbaycan xristianları tərəfindən inşa edilib. Köçəri xristianların cəmləşdiyi ərazi tarixi Azərbaycan əraziləridir. Ermənistan tərəfindən zəbt edilən bu torpaqlar hələ də işğal altındadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.