Sənətə gəldiyi üçün peşman olan əməkdar artist

8-10-2014, 15:43   
Uzun illərdir sənətdə olan qarmon ifaçısı, əməkdar artist Gövhər Rzayeva özünə heç kimi rəqib görmür.


Aktual.az-ın məlumatına görə, Gövhər Rzayeva sənətdə olmağından peşmanlıq hissi keçirdiyini bildirib. Əsl sənətkarların ifasına üstünlük verən əməkdar artist efirləri ələ alan bəzi ifaçıları da kəskin tənqid atəşinə tutmaqdan çəkinməyib: “Bəzən baxanda deyirəm ki, görəsən onlar güzgüdə özlərini niyə görmür? 12 yaşımdan ömrümü bu sənətə həsr etmişəm. Mən əsl sənətə üstünlük verirəm. Sənət reklam, piarla görünmür. Azərbaycan xalqı məni yetərincə tanıyır və sevir, klip çəkdirmək heç nəyi dəyişməyəcək”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.