Zəvvarlara qadağa

8-10-2014, 16:18   
Avadanlıqları müsadirə olunanlar arasında azərbaycanlı jurnalistlər də var
Bu il Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarlardan video, foto çəkilişlər və audio yazılışların aparılması üçün avadanlıqlar müsadirə olunub.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu, Səudiyyə Ərəbistanı Krallığının İŞİD terror təşkilatı təhlükəsi ilə bağlı ziyarət məkanlarında bu cür çəkilişləri qadağan etməsi ilə əlaqədardır.
Krallığın bu qərarı ziyarət başlayandan sonra olub və bu haqda zəvvarlara əvvəlcədən xəbərdarlıq edilməyib. Bu cür yasaqlar ziyarətin xüsusi günlərində, insanların daha çox toplaşdığı yerlərdə ciddi həyata keçirilir. Zəvvarlar arasında ziyarətə yollanan azərbaycanlı telejurnalistlərin də avadanlıqları müsadirə olunub. Bildirilir ki, zəvvarlar bəzən ziyarət günlərinin nisbətən sakit vaxtlarında çəkdirdikləri fotoları gizlin keçirdikləri telefonlar vasitəsilə çəkirlər, amma krallıq bu yasaqlar pozulduğu təqdirdə, ciddi cəzaların tətbiq olunacağını elan edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.