ABŞ və koalisiya qüvvələri İŞİD-ə qarşı növbəti əməliyyat həyata keçirib.
Koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr Rakka şəhərinin Ayn İsa bölgəsində İŞİD-in 93-cü bölüyünün yerləşdiyi düşərgələri bombardman edib.
Bombardman zamanı İŞİD-in yerləşdiyi binaların dağıldığı və çoxlu sayda terrorçunun məhv edildiyi bildirilib.
Digər tərəfdən koalisiya qüvvələri Kobanidə İŞİD-in mövqelərini bombardman edib.(Axar.az)[media=https://www.youtube.com/watch?v=O45nJgs_4Tg]