Ermənistan prezidenti çox çətin seçim qarşısında qalıb
Çexiyada erməni icması ilə görüş zamanı Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olması barədə sualı birmənalı cavablandırmayıb.
ANS PRESS-in məlumatına görə, erməni şərhçi Naira Ayrumyan Sarkisyanın düşdüyü çətin siyasi vəziyyəti təhlil edib. Şərhçi Sarkisyanın Gömrük İttifaqı ilə bağlı qərarını xalq ilə razılaşdırmadığına diqqət çəkib. Qeyd edək ki, Sarkisyan Çexiyada bildirib ki, bir gecədə verilən qərarda hamını fikrini öyrənmək mümkün deyildi.
Müəllif Sarkisyanın dediklərini "tərcümə" edərək belə bir qənaətə gəlir ki, Ermənistan "Putinin ittifaqı"na daxil olması barədə qərarı təzyiq və şantaj əsasında verib: "Sarkisyan üçün bu qərarı rədd etmək qeyri-mümkün idi".
"Başqa bir tərəfdən isə Rusiya oktyabrın 10-da nəyin bahasına olursa olsun "təntənəli tədbir"in müvəffəqiyyətsizliyə uğramamasına çalışır", - deyə Naira Ayrumyan bildirir.
Naira Ayrumyanın "Sarkisyanın son gecəsi" adlı məqaləsində Rusiyanın Azərbaycanla əlaqələrinin yaxşılaşması fonunda rəsmi İrəvanın düşdüyü çətin siyasi vəziyyətdən çıxış yolunun olmadığı vurğulanır:
"Avrasiya İqtisadi Birliyinin yaradılması barədə müqavilə təsdiqlənməzdən əvvəl Belarus və Qazaxıstan Rusiyadan yeni imtiyazlar tələb edir. Məlum olub ki, Belarus neft rüsumlarına görə, 700 milyon dollar "irəli" düşüb. Rusiyanın ümumi itkiləri isə bu prosesdə 2,2 milyard dollara qədər artacaq".
Putin nəyin bahasına olursa Ermənistanı yeni ittifaqda görmək istəyir. Moskva Ermənistan məsələsində Belarus və Qazaxıstana etirazlarını minimuma endirməklə yanaşı rəsmi İrəvanı da təzyiq altında saxlayır. Belə ki, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi ölkələrinin baş katibi Nikolay Bordyujanı İrəvana göndərildi, amma o, nədənsə Ermənistan - Azərbaycan sərhədinə baş çəkməklə Sarkisyana birbaşa mesaj vermiş oldu. Rusiyanın atacağı addımları qabaqcadan görmək çox çətindir. Sarkisyanın isə buna qarşı etdiyi siyasi gedişlər yetərli deyil. Belə ki, Bardyujanın səfəri zamanı Ermənistanının baş qərargah rəisi 2015-ci il üçün NATO ilə əməkdaşlıq planını imzaladı. Bu planın təfərrüatlarından asılı olmayaraq Sarkisyanın da atdığı addımları anlamaq olardı. Çünki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində avqust ayının əvvəlində yaşananlar rəsmi İrəvanı manevr etməyə məcbur edirdi. Həmin vaxt Sarkisyan bildirdi ki, Ermənistan ballistik raketləri ilə Azərbaycanın istənilən nöqtəsini vura bilər. Həmin zaman belə məlumatlar yayıldı ki, Sarkisyanın dediyi raketlər Rusiya istehsalı deyil. Bəlkə Bordyujaya da bunları göstərmək istəyirdi. Ancaq indi Sarkisyanın manevr etmək və ya sığortalanmaq imkanı yoxdur. Çünki Sarkisyanın ölkədəki daxili resursları çox deyil. Artıq Ermənistan cəmiyyətində və siyasi dairələrində rus təzyiqi qarşısında qorxu yoxa çıxıb.
Bu günlərdə Ermənistan parlamentinin fraksiya nümayəndələri kifayət qədər "qonaqpərvərlik"lə Rusiya emissarlarından biri Mixail Şvıdkonu qəbul etdi. Şvidkonu demək olar ki, İrəvanda fitə basdılar. Onun İrəvandan dərhal sonra Bakıya səfər etməsi də bir çox mətləblərdən xəbər verirdi...".