“Kim ölkəni dəyişmək istəyirsə mitinqə gəlsin”

9-10-2014, 09:58   
“Kim ölkəni dəyişmək istəyirsə mitinqə gəlsin”«Aksiyada iştirak üçün «dəvət almadıq» deyənlərin arqumenti bəhanədən başqa bir şey deyil»

Vidadi Mirkamal: «Hakimiyyətin siyasəti bu formada davam edərsə, Azərbaycana qarşı sanksiyalar tətbiq olunacaq»

Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiyaya razılıq verildi. Hazırda gündəmin əsas mövzusu “siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən aksiyadır. Bu aksiyanı zəruri edən səbəblər isə, ölkədə yaranmış siyasi situasiya, siyasi məhbus probleminin durmadan dərinləşməsidir. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamaldır. V.Mirkamal ilə müsahibəmizə Milli Şuranın aksiyasını zəruri edən səbəblərə aydınlıq gətirməklə başlamaq qərarına gəldik:

- Öncə bu aksiyaya gedən yola diqqət yetirmək lazımdır. Bu məqamlara aydınlıq gətirmədən vətəndaşlarımızın nəyə görə mitinqə dəstək verməli olduõu məsələsi aydınlaşmayacaq. Milli Şura cəmiyyətdə böyük ruh yüksəkliyi yaratmışdı. Təşkilatda ölkənin tanınmış ziyalıları, siyasi partiyaları, gənclər təşkilatları birləşmişdi. Cəmiyyət Milli Şuraya olan ümidlərində yanılmamışdı. Sadəcə olaraq Azərbaycanda avtoritar rejim hakimiyyətdədir. Bu hakimiyyət ölkədəki bütün seçkiləri saxtalaşdırır. Hakimiyyət iqtidarı bu formada əlində saxlamaq niyyətindədir. Bu idarəçilik metodu özünü prezident seçkilərində də göstərdi. Prezident seçkilərinin nəticələri saxtalaşdırıldıqdan sonra insanlarda müəyyən mənada ruh düşkünlüyü yarandı. Hakimiyyətin bu addımlarına qarşı vətəndaş cəmiyyəti, müxalifət olaraq qoya biləcəyimiz yalnız bu saxtakarlıqları ifşa edərək, aşkarlamaq idi. Nəticədə seçki ilə baõlı olan bütün beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin saxtalaşdırıldıõını bəyan etdilər. Beynəlxalq təşkilatlar saxtakarlıq faktlarını öz hesabatlarında göstərdilər və bir çox müşahidəçilər bunu təsdiq etdilər. Azərbaycanda hazırkı hakimiyyətin dövründə keçirilən seçkilərdə indiyə qədər bu dərəcədə saxtakarlıq faktları aşkar edilməmişdi. Eyni zamanda Azərbaycanın demokratik düşərgəsinə də bu dərəcədə beynəlxalq dəstək göstərilməmişdi. Amma seçicilərin ümidləri üçün bu çox az idi. Seçicilərin istəyi budur ki, Azərbaycanda bu dəqiqə hakimiyyət dəyişməlidir. Bundan sonra müəyyən ruh düşkünlüyü yarandı, pessimist notlar səsləndi. Bundan sonra da Milli Şuranın tərkibindən hakimiyyətə yaxın qüvvələr göstərişlə təşkilatı tərk etdilər. Nəticədə onlar həm Milli Şuranı, ən əsası isə özlərini zəiflətdilər. Bu baxımdan artıq neçə aylardır ki, Azərbaycanın müxalifət düşərgəsində, ictimai-siyasi ab-havasında çox böyük aktivlik müşahidə olunmur. Belə bir vəziyyətdə hakimiyyət həm müxalifətdə olan fəal qüvvələri, həm də vətəndaş cəmiyyətinin təmsilçilərini həbs etdi. Xüsusilə seçkinin saxta olmasını sübut edən insanlar Anar Məmmədli, Bəşir Süleymanlı, Leyla Yunus hədəfə alındı. Hazırda vətəndaş cəmiyyətində elə bir müstəqil QHT qalmayıb ki, onun başçısı ya həbs, ya istintaq altında olmasın, ya da xarici çıxışı məhdudlaşdırılmasın. Belə bir şəraitdə Milli Şura qərara gəldi ki, insanları aktivləşdirmək, repressiyalara etiraz səsini ucaltmaq lazımdır. Bu mənada da 12 oktyabr mitinqi təyin olunub.

“Aksiyanın hakimiyyəti qıcıqlandıracaõını demək qorxaq təfəkkürdür”

- Mitinq ərəfəsində bəzi hüquq müdafiəçiləri belə bir fikir də səsləndirdi ki, əslində bu cür aksiyalarla hakimiyyəti qıcıqlandırmaq olmaz. Hakimiyyət “siyasi məhbuslara azadlıq” aksiyasından sonra daha da tərsləşərək, problemin həlli istiqamətində addım atmaya bilər. Bu nə dərəcədə düzgün yanaşmadır?

- Bu, qorxaq təfəkkürün məhsuludur. Məsələn, tutalım, iyun və ya iyul ayında Milli Şura aksiya təşkil edərdisə və ondan sonra da siyasi məhbusların sayı artardısa, o zaman da deyəcəkdilər ki, mitinq olduõundan Leyla Yunusu, Intiqam Əliyevi həbs etdilər. Bu düşüncə ilə nə ölkəni irəli aparmaq olar, nə də ictimai-siyasi ab-havanı dəyişmək olar. O insanlar ki, işləmək, status-kvonu dəyişmək istəmirlər onlar üçün həmişə bəhanə var. Görünən odur ki, ölkənin ictimai-siyasi həyatında bir passivlik var. Həmin passivliyi aradan qaldırmaq üçün mütləq siyasi fəallıq lazımdır.

“Bəhanə üçün yer qalmayıb”

- Milli Şura hələ mitinqlə baõlı qərar verərkən belə bəyan olundu ki, bu bir siyasi aksiya deyil və ölkədə siyasi məhbus probleminin həllini istəyən istənilən siyasi təşkilat bu aksiyaya qoşula bilər. Amma son günlər ayrı-ayrı siyasi təşkilatların nümayəndələri bəyan edirlər ki, onlar dəvət olunmadıqlarından aksiyaya qatılmayacaqlar...

- Mənim bu şəxslərə cavabım var. Kimlər ki, Azərbaycanda ictimai-siyasi həyatın fəallaşmasında maraqlıdırlar, kimlər ki, Azərbaycanda həqiqi mənada müxalifətçiliklə məşõuldurlar həmin insanlara nə fərqi var ki, mitinqi kim təyin edib. Ölkədə vəziyyətin dəyişməsini istəyirsinizsə, ya özünüz təyin edin biz gələk, ya da təyin olunmuş aksiyaya gələrək orada söz demək lazımdır. Bunlar hamısı bəhanədir. Milli Şuranın yaranmasından sonra son 20 ildə Azərbaycanda müxalifətçiliklə məşõul olan bəzi insanların maskası yırtıldı. Mən sizin qəzetə müsahibələrimin birində demişdim ki, 2014-2015-ci illər maskaların yırtılması ili olacaq. Görünən də budur ki, maskalar yırtılır. Artıq həqiqətən də Azərbaycanda real müxalifət mövqeyində duran şəxslər üzdədir və görünürlər. O şəxslər ki, indiyə kimi oynayıblar, özlərini psevdomüxalifət kimi göstəriblər artıq onları xalq da, ictimai-siyasi fəallar da tanıyır. Bəhanə üçün yer qalmayıb. Milli Şura məgər toy edir ki, dəvətnamə göndərsin. Milli Şuranın aksiyası ictimai-siyasi fəallıõı artırmaõa yönəlib. Mübarizə meydanı boşdur. Biz də aksiyanı təyin etməklə həmin meydanı doldurmaõa çaõrırıq, burada dəvətnamə göndərməzlər ki? Bütün bunlar sadəcə olaraq bəhanələrdir. Bu fikirləri səsləndirənlər də gözəl bilirlər ki, söylədikləri sadəcə bəhanədir. Buyursunlar, meydan boşdur. Kim gəlmək istəyirsə, kim həqiqətən də istəyir ki, ölkədə repressiyalar dayansın, ölkədə siyasi plüralizm olsun, gəlib aksiyada iştirak etsin.

- Azərbaycanda avtoritar meyillər güclənir. Kifayət qədər həssas dönəmdə Azərbaycan Rusiya xəttini seçir. Bu özü də ölkə üçün bir təhlükədir. Milli Şura bu məsələ ilə də baõlı aksiya keçirə bilərmi?

- Azərbaycanda avtoritar meyillər əvvəlcədən güclü idi. Sadəcə olaraq bir məqamı nəzərə almaq lazımdır ki, avtoritar rejim dedikdə ölkədə gedən proseslərin bir nəfərin iradəsinə tabe edilməsindən söhbət gedir, həmin şəxsin iradəsi ilə də ölkə idarə olunur. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, daha sonra Ilham Əliyevin dövründə avtoritarizm ən yüksək həddə çatdı. Azərbaycanda son dövrdə ictimai-siyasi sistem artıq idarəçilik rejimini dəyişib. Artıq ölkədəki idarəçilik rejimi diktaturadır. Diktatura idarəetməsi demokratik institutları özünə tabe edir və onlarla hesablaşmır. Hazırda biz eyni prosesi Azərbaycanda yaşayırıq. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan hakimiyyəti öhdəlikləri icra etmədiyinə görə tənqid olunan zaman isə, bütün idarəetmə sistemi həmin təşkilatların üzərinə yeriyir. Gah ATƏT, gah Avropa Şurası, gah da Avropa Birliyi hədəf seçilir. Avtoritar rejimin qarşısı alınmadıõından bu idarəçilik müxalifət təmsilçilərini, vətəndaş cəmiyyətinin fəallarını həbs edir. Hakimiyyət eyni zamanda “kürü diplomatiyası”, enerji resursları hesabına avtoritar idarəçiliyi diktaturaya çevirib. Hakimiyyətin mahiyyətini artıq Qərb dövlətləri, dünya ictimaiyyəti gözəl başa düşür. Gözəl bilirlər ki, Azərbaycan öz idarəçilik formasını diktaturaya uyõunlaşdırıb. Ona görə də Azərbaycana qarşı təzyiqlər meydana gəlib. Hakimiyyətin siyasəti bu formada davam edərsə, Azərbaycana qarşı sanksiyalar tətbiq olunacaq.

Hazırda Milli Şuraya qarşı ciddi təzyiqlər var. Hətta təşkilatın yıõılmaõa belə yeri yoxdur. Mən onunla razıyam ki, Azərbaycanda diktatura idarə üsuluna keçidlə baõlı geniş bir araşdırma aparılmalıdır. Bununla baõlı bütün ictimai-siyasi qüvvələr toplanaraq müəyyən nəticəyə gəlməlidirlər. Yoxsa belə getsə, Azərbaycandakı hazırkı idarəçilik sistemi daxilində bir partlama baş verə bilər. Biz də bunu istəmirik. Istəyimiz odur ki, demokratiyaya keçid islahatlarla baş versin. Daõıdıcılıq olmasın. Daõıdıcılıq yolu ilə Azərbaycanın sonu yaxşı görünmür.

“Hakimiyyətə qarşı bu qədər təpki yox idi”

- Milli Şuranın aksiyası Qurban Məmmədova, Leyla Yunusa və digər siyasi məhbuslara azadlıq tələbi ilə keçirilir. Amma buna baxmayaraq, Milli Şuranın aksiyası növbəti dəfə Rusiya ilə baõlanmaõa çalışılır. ADP sədri Srədar Cəlaloõlu hesab edir ki, bu aksiya Kremlin göstərişi ilə keçirilir. Baxmayaraq ki, burada bir məqam unudulur ki, hazırda Rusiyanın maraqlarının ən yaxşı ifadəçisi məhz hakimiyyət özüdür. Jirinovskinin Bakıda qarşılanması buna misaldır...

- Bəzi insanların beynində köhnə havalar və köhnə naõıllar qalıb. Onlar son dövrlər hakimiyyət daxilində baş verənləri ya görmürlər, ya da özlərini görməməzliyə vururlar. Milli Şuranın Rusiya meyilli olması fikrini öncə iqtidar ortaya atmışdı. Sonradan bunu iqtidaryönlülər də istifadə etməyə başladılar. Əgər Milli Şura Rusiyanın layihəsidirsə, nəyə görə təşkilatın fəaliyyətində Kremlyönümlülük hiss olunmayıb? Ikinci bir məqam, son bir ayı götürək. Rusiyada Putindən başqa elə bir vəzifəli şəxs olmadı ki, Azərbaycana səfər etməsin. Rusiya Avropanın ona qarşı tətbiq etdiyi sanksiyalardan qurtulmaq üçün hara gəldi? Dostu, qardaşı Azərbaycan hakimiyyətinin yanına. Indi gəlin düşünək Rusiyanın ən böyük proyekti hansıdır: Azərbaycan hakimiyyəti, yoxsa Milli Şura? Bu hər bir delitanta məlumdur. Bu məqsədli şəkildə deyilən fikirlərdir, onlara əhəmiyyət verməyə dəyməz.

- ABŞ prezidenti Azərbaycana qarşı sanksiyaların tətbiqinin real olduõunu söylədi. Eyni zamanda Avropa Parlamentinin qətnaməsində Azərbaycana qarşı sərt ittihamlar səsləndi. Baş verənlər sanksiyaların tətbiqini real edirmi?

- Indiyə qədər Azərbaycan hakimiyyətinə qarşı bu qədər təpki yox idi. Azərbaycan hakimiyyəti ötən müddət ərzində bir çox öhdəlikləri yerinə yetirməyib, pozub. Bir neçə ilə əvvəl xarici diplomatlarla görüşəndə biz hiss edirdik ki, qərb üçün enerji, təhlükəsizlik maraqları öndədir. Amma indi görünən budur ki, dünya gücləri Azərbaycandan enerji, təhlükəsizlik baxımından lazım olanları alıb. Ona görə enerji və təhlükəsizlik maraqlarını qorumaq üçün mütləq həmin ölkədə demokratiya olmalıdır. Indi həmin mərhələ gəlib. Hakimiyyət bunu dərk etmir. Elə düşünür ki, indiyə qədər insan haqları və demokratiyanın tapdanmasına necə göz yumublar, bundan sonra da yumacaqlar, elə deyil. Artıq vəziyyət dəyişib. ABŞ və Avropaya enerji, təhlükəsizlik maraqları olan ölkələrdə demokratiyanın olması gərəkdir. Çünki demokratiyasız bu ölkələrdə qeyri-sabitlik, təlatümlər olacaq. Bu isə qərbin enerji maraqlarına ziyan vura bilər. Bu baxımdan insan haqları və demokratiya keçib birinci plana. Obamanın çıxışında, Avropa Parlamentinin qərarında Azərbaycanın adının çəkilməsi təsadüfi deyil. Hakimiyyət bu məqamları qiymətləndirməlidir. Bunları söyləyən insanların üstünə getmək, onları sındırmaq lazım deyil. Hakimiyyət demokratik islahatlar keçirib, ölkədə normal cəmiyyət qurmalıdır. Bunun ikinci alternativi yoxdur.

“Bu qədər siyasi məhbuslara görə utanc duyuruq”

- Hakimiyyət təmsilçiləri hansı beynəlxalq tədbirdə iştirak edirsə, onlara insan haqları və demokratiya ilə baõlı təkliflər verirlər, vətəndaşı ilə necə davranmalı olduõunu başa salırlar. Bir ziyalı kimi Azərbaycana qarşı bu cür yanaşma sizə necə təsir edir?

- Bu, utancverici bir şeydir. Azərbaycanın siyasi, iqtisadi, ziyalı potensialı imkan verir ki, ölkəmiz daha yüksək yerlərdə olsun. Azərbaycanın adının bu formada hallanması bir ziyalı kimi bizi çox sıxır. Azərbaycanda bu qədər siyasi məhbusların olmasıyla baõlı utanc duyuruq. Ona görə mənim hakimiyyətə bir mesajım var. Hər şeyi əldə etmisiz, nə qədər imkan var, büdcəni daõıtmısınız, nə qədər mümkündürsə, o qədər qüdrət əldə etmisiz, bütün bunların müqabilində indi ölkədə demokratik islahatlar keçirilməlidir, məhkəmələrə müstəqillik verilməlidir. Hakimiyyətin buna imkanı var. Nəticədə Azərbaycanın imici dəyişə bilər. Azərbaycanın adı çəkiləndə ölkəmizi diktatura rejiminə uõrayan ölkə kimi qəbul edirlər. Buna görə şəxsən mən utanıram.(azadlıq.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.