Mənzillər yaõış altında qalıb, evlərin tavanı, döşəməsi yararsız hala düşüb
Hələ ötən ay Gəncədə yaõan güclü leysan bir çox evlərin dam örtüyünə ziyan vurub. Həmin vaxt Gəncədə Abbas Səhhət qəsəbəsində 3 binanın dam örtüyü təmir edilmək üçün sökülmüşdü. Həmin ikimərtəbəli binaların sakinləri danışırlar ki, yaõan yaõış evlərin tavanını, döşəməsini yarasız hala salıb.
“Bütün tavan töküldü yerə”
Binanın sakinlərindən Gülnarə Eyvazova deyir ki, icra strukturlarından gəlib baxanlar evlərinin dərhal təmir ediləcəyi sözünü versələr də, elə o gedən olublar:
“Dam örtüyümüz açıq idi. Gecə yaõış başladı. Gördük hər yerdən damır. Sonra da yaõış gurladı. Bütün tavan töküldü yerə. 3 otaõın hamısı belədir. Heç kim gəlib baxmadı, bir az yıõışdırdıq. Maraqlanan olmadı. Körpə uşaqlarım qonşularda qaldı. Sonra köməkləşib evi yıõışdırıb, köçdük. Gəlirimiz yoxdur. Dedilər guya gəlib icradan təmir edəcəklər, ya da material verəcəklər. Bir ay keçib, nə gələn var, nə gedən. Beləcə qalıb”.
“Hansı qapını döyürsən, ağzına bir çarıq verib yola salır”
Digər sakin Saleh Abbasəliyev də deyir ki, evləri yerli qurumların məsuliyyətsizliyindən bu hala düşüb. Gileylənir ki, bir binanın dam örtüyü üçün cəmi bir usta işləyirmiş. Materiallar vaxtında gətirilmədiyindən iş uzanıb. Evlərinə yaõış yaõandan sonra laqeydlikdən bezən qonşular birləşib ustaya dam örtüyünü düzəltməyə kömək ediblər ki, iş tez bitsin: “Icra Hakimiyyətinə getdim, dedilər gəlib baxacaõıq. Heç kim də gəlmədi. Maraqlanmadılar ki, burda insan yaşayır ya yox? Dam örtüyünü dəyişirdilər. Materialı vaxtında gətirib vermədilər. Kimdir gəlib nəsə edən? Bütün gün zəng elədik, yarımçıq qalmışdı. Qonşularla birləşib vurduq. Çadırları olmalı idi ki, yaõış yaõsa, binanın damını örtməyə. Usta da deyir ki, çadır-filan yoxdur. Usta da bir nəfər, iki balaca uşaq da onun köməkçisi idi. Qonşular kömək elədi, düzəltdim dam örtüyünü. Hansı qapını döyürsən, aõzına bir çarıq verib yola verir”.
“1 nəfər binanın dam örtüyünü baõlaya bilər?”
Bəzi sakinlər yardım edilmədiyini görüb məcbur qalıb evlərində cari təmir işləri aparıblar: “Tavan tamamilə çökdü. Məcbur qalıb düzəltdik. Dedilər ki, şəhərin yarısı belədir. Bir nəfər işləyir, düşüb 1 saata çay içir, bir də qalxır. Bir nəfər bir binanın dam örtüyünü baõlaya bilər? Zibili atıblar binanın qarşısına”.
“Zibil binanın qarşısında qalıb”
Vaxtilə dəmiryolçular üçün tikilmiş ikimərtəbəli bu 3 binada 200-ə yaxın sakin yaşayır. Binanın qarşısında köhnə dam örtüyünün tullantıları var. Yolu keçməyə bircə addımlıq yer qalıb. Sakinlərin tələblərinə baxmayaraq, nə tullantılar toplanır, nə də tavanları təmir edilir: “Zibil binanın qarşısında qalıb. Hamilə qadındır keçir, yıxılır. Tavan başıma uçur, kasıb adamam necə düzəldim? Belə olmaz axı...
Bu binaya 60-cı ildən gəlmişəm. Indi özümüz bərbad halda yaşayırıq. Neçə dəfə yıxılmışıq bu zibilin üzündən. Körpə var, hamilə var".
Icra hakimiyyətindən nə deyirlər?
Gəncə Icra Hakimiyyətinin memarlıq şöbəsindən “Azadlıq” radiosuna bildirdilər ki, binaların dam örtüyü şəhərin quruluşuna uyõun formada düzəldilib. O ki qaldı evlərin təmirinə, bu barədə heç bir məlumat verilmir.
Başıbəlalı sakinlər isə tələblərinə cavab verilmədiyi halda daha yuxarı instansiyalara müraciət edəcəklərini deyirlər. Onlar haqlarını axıra kimi aramaq fikrindədirlər...
“Azadlıq” radiosu